Xəbərlər / Maraqlı
19 mart 2018
2 472
Bürclər: 19 mart
Qoç - adi gündür. Rahat, sakit şəraitdə çalışa bilərsiniz. Ünsiyyətdə heç bir gərginlik olmayacaq. Situasiyaya kəskin müdaxilə etməyin. Fəaliyyət planlarınız barədə yaxın ətrafınızdakı insanlara geniş, müfəssəl məlumat verməyə heç bir ehtiyac yoxdur.
Günün ikinci yarısında gərəkli məlumatı əldə edin. Alış-verişdə simiclik etməyin. Yenilənmələrdən bəhrələnərək tərəfdaşlarla müzakirələr aparın. Təmaslar spontan, hətta xaotikdir. Mənasız əlaqələrdən qurtulun.
Buğa - kollektiv tədbirlərdə xeyir var. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Ona dərhal kömək edin. Qayğıkeş, şəfqətli olun.
Tələsmədən çalışın, vurnuxmaya qapılmayın. Situasiya bəzi məsələlərə fərqli baxış tələb edir. Prioritetləri dürüst müəyyənləşdirin.
Layiq olduğunuz qiyməti ala bilərsiniz. Hədsiz dərəcədə təşəbbüskar olmayın, ətrafınızdakı insanlara təzyiq göstərməyin. Tərəfdaşlarla təmaslarda hər şey şəffaf deyil. Yalanlara uymayın.
Mövcud mərhələdə tədbirli olun. Hiylə qurbanına çevrilməyin.
Əkizlər - aldığınız məlumatlardan istifadə edərək fəaliyyətinizi intensivləşdirin. Yarımçıq işləri başa vurun. Dövr aktivlik tələb edir.
Təxirə saldığınız işlərin yaxşı perspektivləri var. Sizə yardım etmək istəyən insanın təklifindən imtina etməyin. Ev işlərində və ailə məsələlərində ciddi yeniliklərə, köklü dəyişikliklərə başlamaq məsləhət deyil.
Yaxın gələcəklə bağlı planlar qurun. İdeyanızı reallaşdırmağa başlayın.
Sizi maraqlandıran təcrübəyə, biliyə malik insanlarla ünsiyyətdə olun. İşləri təkmilləşdirmək olar.
Xərçəng - günün ilk yarısından etibarən rutin işlərlə məşğul olun. Cari məsələlərin həllini təxirə salmayın. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirməyə başlayacaq, yeni tapşırıqlar vermək istəyəcəklər. Mövcud fəaliyyət sahənizdəki təfərrüatları nəzərə alın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Nəyisə dəyişmək, islahatlara uğratmaq olar. Xırda saydığınız məsələlər diqqətinizdən yayınmasın.
Qənaətcil olun. Bədxərclik etməyin. Çoxdan axtardığınız nəsnəni tapa bilərsiniz.
Şir - tərəfdaşlara inanmaq olar. Onların təşəbbüsü işlərinizə fayda verəcək. Üstəlik, daha çox zəhmət çəkməli olmayacaqsınız. Kommersiya təklifləri, birgə fəaliyyət, kollektiv sifarişlərlə bağlı məsələlərə maksimum diqqət ayırın.
Mənfəət və gəlir vəd etməyən işlərdən uzaq durun. Borcu qaytarsalar və ya çoxdan gözlədiyiniz məbləği əldə etsəniz, o pulları xərcləməyə tələsməyin.
Yaxın gələcəklə bağlı perspektivlərin ilkin konturları günün ikinci yarısında bəlli olacaq. Niyyətlərinizi dəqiqləşdirin, məqsədləri konkretləşdirin. Fəaliyyət istiqamətlərində dəyişikliklər istisna deyil.
İstənilən yük, mənasız əlaqələr və effektivliyini itirmiş planlardan qurtulun. Yaxınlarınıza təsir etməyə çalışmayın.
Qız - yeni təmayüllərə uyğunlaşıb şərtlərdən faydalana bilməsəniz, geriləmə labüddür. Ötənlərdəki mühüm hadisələrdən birinin əks-sədası, afterşoku yaşanacaq,
Köhnə əlaqələri bərpa edin, yeniliklərə can atmayın. Önəmli saydığınız insandan məlumat alacaqsınız.
Yaşamınızın cari konturlarını dəyərləndirərək yeni istiqamətlər və yollar seçin.
Günün ikinci yarısında durum nevroz, gərgin olacaq. İşlərin əhəmiyyətli hissəsini başqasına həvalə etməyin. İfrat aktivlik gözlənilən nəticəni verməyə bilər.
Axşam saatlarında normal istirahət etməyə çalışın. Mühüm xəbərlər sizdən yan keçməsin.
Tərəzi - qüvvənizə qənaət edin. Yaşananları tələsmədən təhlil edin. Hadisələri dəyərləndirin. Təkrarçılıq, dönüşlər və mərhələlər tələb edən işlərlə məşğul olmayın.
Sürətlə irəliləmək üçün zəruri vasitələri seçin. Ehtiyac yaranarsa, ənənəvi metodları yeniləmək gərəkdir. Məlumat, informasiya, təhsillə bağlı yeni layihəyə başlamayın. Mövcud işləri tamamlamağa çalışın.
Yarımçıq heç nə saxlamayın.
Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Əqrəb - ifrat mühafizəkarlıq etməyin, yeni ideyaların arasında sərfəli olanı seçin və reallaşdırmağa başlayın. Təmaslarınızdakı mənasız nüanslardan qurtulun. Yaxınlarınızla münsibətlərdə soyuqqanlı olun. Səbrli və təmkinli davranın.
Yaxınlarınızla münasibətlər aşkarlıq, səmimiyyət tələb edir. İstənilən mövzuda açıq danışmaqdan çəkinməyin. Sizə dəyər verən insanlar problemlərin həllində maraqlıdır.
Günün ikinci yarısında qüvvə və vəsaitinizə qənaət edin. Arzuları reallıq saymayın. İlk baxışdan maraqlı görünən təklifə şirnikməyin.
Axşam saatları şəxsi münasibətlər üçün pozitiv dönəmdir. Bildiyiniz sahələrdən danışın.
Oxatan - xoş xatirələrinizlə bağlı yerlərə yenidən yollanmaq olar. Çoxsaylı ideyalar və təkliflərə aldanmayın. Aldığınız məlumatı təhlil edin. Perspektivləriniz üçün faydalı istiqamətləri seçin.
Yeni işə və layihəyə ruh yüksəliyi, şövqlə başlayın. Dəstək alacaqsınız. Zəif mövqeni və ya problemli məqamı aradan qaldırmasanız, sürətlə inkişaf edən layihədə geriləmə, axsama və ya ləngimə ola bilər.
Kollektiv fəaliyyətdə öhdəliklər, anlaşmalar, müqavilələr və tapşırıqlara yenidən baxın.
Münasibətlərdə çoxdan bəri aydınlaşmanı tələb edən məqamlar dəqiqlik tələb edir. Proses başlanıbsa, məzmuna fikir verin.
Oğlaq - şərik və tərəfdaşların yaxşı ideyaları var. Onlardan faydalı məlumatlar alacaqsınız. İdeyalarınıza ehtiyac var.
Məlumatları təhlil edin, yoxlayın. Rutin, yeknəsək işlərlə məşğul olmaq mümkündür. Sizi sakitləşdirən məqamları qulaqardına vurmayın.
İşdə rəhbərliklə, evdə ailə üzvləri ilə sərt danışmayın. Münaqişəli situasiyalar yaratmayın. Yeni öhdəliklər və tapşırıqlar istisna deyil.
Əhvalınızı korlaya biləcək xəbər ala bilərsiniz.
Mövqelərinizi möhkəmləndirin, çalışdığınız arealda qayda yaradın. Köhnə əlaqələrin taleyini həll edin.
Alış-verişdə çox pul xərcləməyin.
Axşam saatlarında təmirlə məşğul olmaq mümkündür.
Dolça - günün ilk yarısından başlayaraq maraqlarınızın təminatına çalışın. Emosional davranmayın, hisslərinizə hakim olun. Romantikaya qapılmayın.
Ailə üzvlərinizdən və ya qohumlarınızdan birinin qayğıya ehtiyacı var.
Çətin məsələlərin həllinə başlayın. Problemlərin həllini təxirə salmayın.
Günün ikinci yarısında işdə problemlər yarana bilər. Ön sıralarda olun. Məhz sizin aktiviliyiniz tarıma çəkilmiş əsəblərin sakitləşdirilməsində həlledici rol oynaya bilər. Axşam saatları müzakirələr və ya toplantılar üçün əlverişlidir.
Balıqlar - fəaliyyət prosesi üçün gərəkli informasiyanı arayın. Məsləhətləşmə, müzakirələr, yazışma, toplantı, işgüzar tərəfdaşlarla təmaslar üçün yaxşı gündür. Xəbərlərin bəziləri sizdə nigaranlıq və pərişanlıq hissləri yarada bilər.
Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin maraqlarını öz mənafelərinizdən üstün tutun. Səfər, ezamiyyət, dostlarla yola çıxmaq üçün münasib zamandır. Gərgin situasiyalarda sözdən işə keçin.
Qətiyyətli, əzmli olun.
Milli.Az