AzTehsil.com

Xəbərlər / Ekspert
22 dekabr 2021
1 634

Elşən Qafarov :Təhsil naziri insanları təşvişə salacaq elə bir söz deməyib.

Təhsil naziri Emin Əmrullayev, Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı brifinq keçirdib. Nazir brifinq zamanı məktəblərdə qeyri-qanuni pul yığılması məsələsinə də toxunub. Bildirib ki, bu, bu günün problemi deyil.

“Mən məktəbdə oxuyanda da belə hallar var idi. Məktəbdə Müəllim-Valideyn Assosiasiyasını yaratmaq hüququ Azərbaycan qanunvericiliyində var. Bir qisim valideynlərin bu prosesdə iştirakının lehinə ola bilər, bir qisim yox. Bu assosiasiyanı Təhsil Nazirliyi yaratmayıb. Kiminsə uşağı buna görə dərsə gəlməməlidir deyə bir şey yoxdur. Valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır. Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.

Nazirin bu çıxışı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial mediada ən çox müzakirə olunan mövzular sırasına daxil olub. Kimisi bu çıxışdan sonra məktəblərdə vəziyyətin daha da bərbad olacağını, kimisi işbazların “ayağının yer alacığını” bildirir.

Təhsil eksperti Elşən Qafarov nazirin bu çıxışını  şərh edən zaman bildirib ki, Təhsil naziri orada insanları təşvişə salacaq elə bir söz deməyib.

“Bu gün dünyanın bütün ölkələrində valideynlərin məktəbə müəyyən maddi dəstək verməsi məsələsi var, amma bunun mexanizmləri də var. Təhsil naziri də çıxında bildirdi ki, bu qanunauyğun və şəffaf olmalıdır. Yəni, bu gün Müəllim-Valideyn Assosiasiyasından söhbət gedirsə, valideynlər buraya könüllü şəkildə üzv ola bilərlər. Heç bir valideyn məcburi şəkildə Müəllim-Valideyn Assosiasiyasına üzv edilə bilməz.

Ikincisi isə Azərbaycan Respublikasında nağdsiz hesablaşmalar haqqında qanun var. Bütün üzvlük haqları nəğdsiz qaydada olmalıdır. Nazirdə bildirdi ki, Müəllim-Valideyn Assosiasiyası dövlət təşkilatı deyil, QHT-dir. Bu, məktəbdə yaradılmır, məktəbin valideynləri könüllü şəkildə ora daxil olurlar. Təbii ki, qeyri-qanuni məsələlərə də toxundu və bildirdi ki, bura kimsə zorla üzv edilə bilməz, məktəb adı ilə pul yığa bilməz. Bundan əlavə qeyd etdi ki, məktəb direktoru və ya işçiləri Müəllim-Valideyn Assosiasiyasının işinə qarışması yolverilməzdir.

Ümumilikdə isə Azərbaycanda təhsil müəssisələrində baş verən qanunsuzlar, boşluqlar məhz bu qanunların olmaması, olan qanunların isə normal həyata keçirilməməsinin nəticəsidir”.

Загрузка...
Həmçinin oxuyun:
Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Yeni təhsil naziri: Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcəyi, yeni qərarların açıqlanacağı gözlənilir

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Emin Əmrullayev: “Peşə təhsili kurslarına cəlb edilən şəxslər 3-6 ay ərzində işlə təmin olunurlar”

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

Təhsil naziri əhaliyə XƏBƏRDARLIQ etdi: ÇƏTİNLİK yarana bilər...

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

İlqar Orucov: “İnternetlə bağlı problemlər yaşansa da, bu problem orta məktəb üçün narahatlıq yaratmayıb”

Cəsarət Valehov: “Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək”

"Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır "-Nadir İsrafilov

Emin Əmrullayev: “Azərbaycanda təhsil haqları 7000 manata qədərdir”

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

“Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”

Müəllimlər niyə direktor olmaq istəmir? – “Elə şərtlər qoyulub ki…“

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov