Xəbərlər / Müəllim
09 dekabr 2021
1 279


Unudulmaz təhsil naziri - FOTO


Tarixdə elə dövlət xadimləri olub ki, onlar xalq və millət üçün etdikləri xidmətlərə baxmayaraq, zaman-zaman unudulublar.


Bu günlərdə görkəmli ictimai və dövlət xadimi Lidiya Rəsulovanın anadan olmasının 80-ci ildönümü tamam oldu. Azərbaycanın tanınmış şəxsləri, ictimai və dövlət xadimləri Lidiya xanım haqqında xatirələrini bölüşdülər, onun xidmətlərindən danışdılar. Lidiya Rəsulova müasirlərinin yaddaşında çox prinsipial, peşəkar, təmiz və sədaqətli şəxsiyyət kimi qalıb.


O, rayon rəhbəri, Respublika Həmkarlar İttifaqının sədri, sosial müdafiə, təhsil naziri kimi mühüm vəzifələrdə işləyib. Lakin uzun illər bu böyük vəzifələrdə çalışmasına baxmayaraq, çox sadə həyat yaşayıb.


Lidiya Rəsulova Heydər Əliyev məktəbinin ən parlaq nümayəndələrindən biri idi. O, Heydər Əliyevə, onun siyasi xəttinə ömrünün sonuna qədər sadiq qaldı. Azərbaycanın ən çətin anlarında üç böyük nazirlik və komitə - Ali Təhsil, Maarif və Texniki Peşə Komitələri birləşərək, Təhsil Nazirliyi yaradıldı. Heydər Əliyev məhz Lidiya xanımı təhsil naziri vəzifəsinə təyin etdi.


Onun vəzifəyə təyin olunduğu dövr çox çətin və keşməkeşli zamanlar idi. Bir tərəfdən, ölkədə yeni dövlət quruculuğu həyata keçirilirdi, digər tərəfdən, 1 milyona yaxın şəxs doğma torpaqlardan məcburi köçkün düşmüşdü, kadr çatışmazlığı və maliyyə qıtlığı hökm sürürdü.


Məhz belə şəraitində Lidiya xanım təhsil sisteminə rəhbərlik etməyə başladı. O, rəhbərliyi dövründə şəffaflığı pozmağa cəhd edən ən yaxın əməkdaşa belə güzəşt etmirdi. Həmin çətin illərdə yeni iş adamları və biznes nümayəndələri fəaliyyətə başlayırdı. Bu adamların istəyi, ilk növbədə, təhsil müəssisələrinin bina və yerlərindən istifadə etmək idi. Məhz Lidiya xanımın təşəbbüsü ilə zamanında təhsil müəssisələrinin özəlləşdirilməsini qadağan edən hüquqi-normativ sənəd imzalandı. Bu qərar sayəsində təhsil sisteminin maddi-texniki bazası mühafizə olundu.



Lidiya xanım büllur kimi təmiz rəhbər idi. Təhsil sistemində baş verən neqativ hallara qarşı çox barışmaz mövqe nümayiş etdirirdi. Bunu bütün təhsil ictimaiyyəti çox yaxşı bilirdi. O, iclaslarda bütün çıxışları sonadək diqqətlə və səbirlə dinləyər, sonda isə çox peşəkarcasına nəticə çıxarar və ədalətli qərarlar qəbul edərdi. Təəssüflər olsun ki, Lidiya xanım səhhətinin qəfil pisləşməsindən və ağır xəstəliyə düçar olmasından sonra bu məsul vəzifədə uzun müddət işləyə bilmədi. Məhz öz istəyi ilə də vəzifəsindən ayrıldı. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Lidiya xanıma olan diqqət və qayğılarını heç vaxt əsirgəmədilər, ömrünün sonuna qədər Lidiya xanımın müalicəsinə xüsusi diqqət ayrıldı.


Yazımın əvvəlində bəzi dövlət adamlarının tarixdə unudulmaqlarından bəhs etmişdim, Lidiya xanım Rəsulova isə onlardan fərqli olaraq unudulmaz təhsil naziri kimi xatirələrdə daim yaşayacaq. oxu.az 


Elmar Qasımov

Bakı Ali Neft Məktəbinin rektoru

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır

Tanınmış memara həsr olunmuş film ilk dəfə AzMİU-da nümayiş olunub

Tanınmış memara həsr olunmuş film ilk dəfə AzMİU-da nümayiş olunub

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Təhsil naziri müsabiqə qalibləri ilə onlayn görüşüb

Təhsil naziri müsabiqə qalibləri ilə onlayn görüşüb