Müdafiə Nazirliyi itkilərimizi açıqladı – 7 şəhidimiz, 10 yaralımız var
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda şəhid olan hərbi qulluqçularımızın siyahısı verilib:
– leytenant Niftəliyev Ümüd Oruc oğlu;
– gizir Cabbarov Orxan Hətəm oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
– əsgər Ağayev Elçin Mərifət oğlu;
– əsgər Əlizadə Elmin Samir oğlu;
– əsgər Əliyev Elçin Ramil oğlu;
– əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək
Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO
Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO
Şəhid polkovnik İlqar Mirzəyevin oğlu hərbi xidmətə yola düşür
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI
Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür
Azərbaycan ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib - FOTO
Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO
Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ
Prezident üç nəfərə Azərbaycanın Milli Qəhrəmanı adını verdi – SƏRƏNCAM
Prezident generalın anasına, polkovnikin oğluna zəng etdi - FOTOLAR
Qarabağ qazisi: Ermənilərin postuna az qalmış minaya düşdük - VİDEO
Prezident Tibb Universitetinin bir qrup əməkdaşını təltif etdi - SƏRƏNCAM
Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO
Ali Hərbi Məktəbin kursantları üçün seminar keçirilib
Şuşa ətrafında döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi TƏHVİL ALINDI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Qubadlı uğrunda şəhid olan müəllim
Müəllimlərlə bağlı mühüm sərəncam
Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM
DİN-in baş çavuşu Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub
Bu gün Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür
XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR