Xəbərlər
20 fevral 2021
1 195


Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin "Zabit ixtisas kursu”nu bitirmiş Azərbaycan ordusunun şəhid zabiti mayor Rəhim Hüseynovun anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Anım mərasimində qeyd edilib ki, Azərbaycan ordusunun tabor komandiri mayor Rəhim Hüseynov 2020-ci ilin yekunları üzrə "NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev NATO-nun ən nüfuzlu medalını şəhid mayorun böyük oğlu Hikmətə təqdim edib.

Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib. Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.

İngilis, rus, erməni dillərini mükəmməl bilən, Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb.

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlayan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

İgid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama-şəhidlik zirvəsinə ucalıb.

O, "Qarabağ” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

İgidlik və mərdlik nümunəsi göstərən Ramid Hacıyev

İgidlik və mərdlik nümunəsi göstərən Ramid Hacıyev

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən   qəhrəman Nəsirov İlyas

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən qəhrəman Nəsirov İlyas

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər - FOTO/VİDEO

Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər - FOTO/VİDEO

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

Mayor Zaur Rəhimovun böyük şücaəti - VİDEO

Mayor Zaur Rəhimovun böyük şücaəti - VİDEO

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Baş çavuş Tural Bayramlı

Baş çavuş Tural Bayramlı

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Şəhidlik zirvəsinə ucalan  Mirzəyev Elyar

Şəhidlik zirvəsinə ucalan Mirzəyev Elyar

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud

Böyük şücaət göstərmiş şəhid Cavadzadə Mahmud