Berlin Azərbaycan Evində “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda dərs təşkil edilib
Berlin Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Ana dilimizi sevək” kursunun ilk dərsi 8 Noyabr – Zəfər Gününə həsr edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda keçirilən dərsdə şagird və valideynlər, dilimizə maraq göstərən almanlar və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvləri iştirak ediblər. Dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Alyansın idarə heyətinin üzvləri şagirdləri və valideynləri xalqımızın böyük bayramı münasibətilə təbrik ediblər. Sonra şagirdlərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızın erməni işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması naminə apardığı 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilib.
Dərs zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Şagirdlər bayram münasibətilə rəsmlər çəkiblər.
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib
Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri
Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO
“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sabah Bakı məktəblərində ilk dərslər 20 Yanvara həsr ediləcək
Sədr müavini-Məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir.
BANM Heydər Əliyevin xatirəsini yad etdi
“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO
Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusunda olub -FOTOLAR
Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO
“Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans
Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - EKSKLÜZİV + VİDEO
Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans
ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi
Prezident Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
“Ana təbiətin uşaqlara məktubu” mövzusunda açıq dərs keçirilib
Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM
Bakı şəhəri A. Məmmədov adına 38 nömrəli məktəbdə şəhidlərin xatirəsi anılıb
Məktəb öz məzun igidləri ilə qürur duyur
Dənizkənarı Parkda Zəfər Yarmarkası keçirilir