Lisey koronavirusa görə bağlandı
Mingəçevir Texniki Humanitar Liseyində dərslərin distant formada keçirilməsi ilə bağlı qərar verilib.
Bu barədə Mingəçevir Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, liseydə 8 müəllim, 10 yuxarı sinif şagirdi, 5 ibtidai sinif şagirdi koronavirusa yoluxub.
Bununla bağlı olaraq dərslər iki həftəlik distant formada davam etdiriləcək.