AzTehsil.com


Xəbərlər / Müəllim
25 oktyabr 2021
1 421


“Bu sistem tətbiq edilsə, müəllimlərin vakant yerləri gizlədilə bilməz” -MARAQLI TƏKLİF




“Vakansiyaların gizlədilməsi kənd və rayon məktəblərində daha çox baş verir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti, Məzahir Məmmədli deyib.

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir. Təhsil naziri Emin Əmrullayev də məsələnin həqiqət olduğunu vurğulayıb.

M.Məmmədli problemin yaranmasının səbəblərini izah edib:

“Vakant yerlərin gizlədilməsində Təhsil Nazirliyinin yerlərdəki nümayəndələrinin təsiri böyükdür. Bir zamanlar yerli təhsil şöbələri  Təhsil Nazirliyinə birbaşa tabe idi. Hazırda yaradılan regional idarələr rayon icra hakimiyyəti orqanları ilə razılaşmış şəkildə  fəaliyyət göstərirlər. Onlar nazirliyə hesabat vermir və yerli məktəblərdən olan vakansiyaları öz təhsil müəssisəsindən olan müəllimlərə verirlər. Yerli icra hakimiyyəti  orqanları müəllimlərlə əmək müqaviləsi bağlayaraq onların iş ilini artıra bilərlər. Bu da vakant yerlərin direktorlar tərəfindən həmin şəxslərə verilməsinə zəmin yaradır.

Vakansiyaların gizlədilməsi kənd və rayon məktəblərində daha çox baş verir. Çox təəssüf ki, bu, kütləvi hal alıb. Lakin bu tip hadisələr şəhər məktəblərindən də yan keçmir. Bunun üçün mərkəzləşdirilmiş sistem yaradılmalıdır. Bu baş verməyənə qədər  proses davam edəcək. Bunu formalaşdırmaq üçün  İnsan Resursları Mərkəzi  yaş kateqoriyalarına görə  məktəblərdən vaxtaşırı kadr bankını tələb etməlidir. Burada  hansı yaş kateqoriyasından olan müəllimlərin olduğu asanlıqla bilinəcək. Eyni zamanda  müəllimin yaşı 65-i ötübsə,  icra orqanının bunu artırmaqla bağlı qərarı yoxdursa,  bu yer vakant kimi təklif edilməlidir. Həmin hallar mərkəzləşdirilmiş sistem yaradılmayana qədər davam edəcək. Tsəssüf ki, bu kimi sistem hələ ki, yoxdur. Biz bunu müşahidə etmirik, ola bilsin ki, Təhsil Nazirliyinin bununla bağlı hər hansısa sistemi olsun. Amma ümumilikdə bu iş üzə çıxmır. Hətta nazir səviyyəsində də etiraf olundu ki,  vakant yerlər gizlədilir. Bunun qarşısını almanın yeganə yolu  kadr bankının formalaşmasıdır. Keçmiş  zamanlarda rayon və Bakı şəhərində  müəllimlər ardıcıl olaraq məlumatlarını qeyd edirdilər. Nazirlik də buna uyğun həmin informasiyaları gözdən keçirir və müəllimlər haqqında məlumatlı olurdu. Baxmayaraq ki, bu nümunə keçmişdə olub, amma indi də tətbiq olunsa, effektiv nəticə əldə etmək olar.

Məsələn, MİQ-dən 56 bal toplayan müəllim  heç bir yerə qəbul oluna bilmir. Əgər həmin sistem yenidən tətbiq olunsa, müəllimlərin növbəlilik prisnsipi əsas götürülərək  kənarda qalan kadrlar da  işlə təmin edilə biləcək. Müəllimlər qəbul olunmaq üçün bir il də əlavə vaxt gözləməməlidir. O sistem qurulduqdan sonra gizlədilməyə yer qalmayacaq”.




Загрузка...
Həmçinin oxuyun:
Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Emin Əmrullayev: Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik

Emin Əmrullayev: Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik

Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA

Bu şəxslərin maaşları artırılıb

Bu şəxslərin maaşları artırılıb

Şöbə müdiri MİQ-də vakant yerlərin nəyə əsasən təqdim edildiyindən danışdı

Şöbə müdiri MİQ-də vakant yerlərin nəyə əsasən təqdim edildiyindən danışdı

Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir

Vakant yerlərin sayı açıqlandı.

Vakant yerlərin sayı açıqlandı.

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

“Vakant yerlərin çoxluğu rayonlarda yeni idarələrin yaranması ilə bağlıdır”

“Vakant yerlərin çoxluğu rayonlarda yeni idarələrin yaranması ilə bağlıdır”

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

Emin Əmrullayev: “Növbəti illərdə şagirdlərin sayı azalacaq”

Emin Əmrullayev: “Növbəti illərdə şagirdlərin sayı azalacaq”

Nazirlik: “Müsabiqəyə çıxarılan vakant müəllim yerlərinin sayı artırılacaq”

Nazirlik: “Müsabiqəyə çıxarılan vakant müəllim yerlərinin sayı artırılacaq”

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 139 namizəd uğur qazanıb

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 139 namizəd uğur qazanıb

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

Yeni təyinat alan direktorlar neçə il işləyə bilərlər?

Yeni təyinat alan direktorlar neçə il işləyə bilərlər?

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 107 nəfər uğur qazanıb

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 107 nəfər uğur qazanıb

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI