Xəbərlər / Müəllim
06 sentyabr 2021
914


Məleykə Abbaszadə ali məktəblərə qəbul olanları təbrik edib

Məleykə Abbaszadə ali məktəblərə qəbul olanları təbrik edib

 

 "Abituriyent” jurnalının 6-cı nömrəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "Ön söz”ü yer alıb.


 Əziz oxucular!


"Abituriyent” jurnalının 2021-ci ildə nəşr olunan birinci nömrəsində 30 ilə yaxın idi ki, işğala məruz qalan tarixi torpaqlarımızı düşmən tapdağından azad edən Azərbaycan xalqını bu möhtəşəm hadisə münasibətilə təbrik etmişdim. Onda biz bu tarixi nailiyyətin qazanılmasında güclü, ən yeni texnologiyalarla təchiz edilmiş intellektual ordumuzun, yüksəkixtisaslı kadr potensialının, xüsusən də milli təhsil sistemimizin yetirmələri olan soydaşlarımızın misilsiz xidmətlərindən danışmışdıq. Onu da qeyd etmişdik ki, Qarabağın azad olunması uğrunda aparılmış möhtəşəm əks-hücum əməliyyatı Azərbaycan xalqının şücaət və qəhrəmanlığı, sarsılmaz birliyi, Ali Baş Komandanın uğurlu diplomatiyası, uzaqgörən strategiyası sayəsində mümkün olmuşdur. Bütün dünya şahid oldu ki, Azərbaycanda son 20 il ərzində insan kapitalının inkişafı istiqamətində görülən məqsədyönlü işlər Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəni qalibiyyətə aparan strategiyasının uğuruna çevrildi.


Bu gün siz müxtəlif ixtisaslar üzrə tələbə olacaqsınız: həkimlər, mühəndislər, memarlar, dizaynerlər, iqtisadçılar, aqronomlar və s. Siz yeni Qarabağın gələcək qurucularısınız! Çiçəklənən, müstəqil, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın gələcək ümidi sizədir. Məhz sizlər əməksevərlik, məqsədyönlük və məsuliyyət nümayiş etdirməli, biliklərə yiyələnməklə kifayətlənməməli, ən əsası – dövlətimizin rifahı naminə düşünməyi, yaratmağı öyrənməlisiniz! Biz əminik ki, yüksəkixtisaslı mütəxəssis olmaq üçün bütün gücünüzü, qabiliyyət və bacarığınızı sərf edəcək, Azərbaycanın sürətlə inkişaf edən ən yeni texnologiyaların tələblərinə uyğun tərəqqisinə öz töhfənizi verəcəksiniz.


Sizin hamınızı belə mürəkkəb ildə ali təhsil müəssisələrinə qəbul olaraq layiqli qələbə əldə etməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu elə ildir ki, koronavirus pandemiyası ölkədə təhsilin bütün pillələrində nizamı hələ də pozmaqdadır. Sizə məhz belə bir vaxtda qəbul imtahanlarına hazırlaşmaq və imtahan vermək qismət oldu. Göstərdiyiniz nəticələr bir daha sübut edir ki, çətinliklər qarşısında təslim olmayanda, bütün imkanları, bilik və bacarıqları səfərbər etdikdə, iradəli olduqda və inadla çalışdıqda ən yüksək nəticələr əldə etmək olar.


Ali təhsil illəri həyatınızın ən parlaq və yaddaqalan dövrlərindən biri olacaq, bu, yeni imkanlar, perspektivlər, maraqlar və tanışlıqlar deməkdir. Yadda saxlayın ki, müasir dünyada uğuru şərtləndirən əsas cəhətlərdən biri daim inkişaf etmək və təkmilləşməkdir. Öz qabiliyyətlərinizi maksimum inkişaf etdirin, yenilikləri dərk edin, çətinliklərdən qorxmayın, qarşınıza çətin əldə edilən məqsədlər qoyun və onlara nail olmağa çalışın.


Dostlar, biz inanırıq ki, sizlərin – gələcəyin bacarıqlı mühəndislərinin, proqramçılarının, alimlərinin, inşaatçılarının hesabına Azərbaycan iqtisadiyyatın bütün sahələrinin, mədəniyyətin, təhsilin, müdafiə qabiliyyətinin, incəsənətin və idmanın inkişafında mühüm addımlar atacaq.


Əziz tələbələr, bir daha sizi, valideyn və müəllimlərinizi, bir sözlə, sizin nailiyyətləriniz üçün böyük zəhmət çəkənləri təbrik edir, onlara öz minnətdarlığımızı bildiririk. Arzu edirik ki, bütün xeyirxah işlərinizdə uğur sizi müşayiət etsin. Yeni zirvələri fəth etmək üçün enerjiniz bol, arzularınız tükənməz, yolunuz açıq olsun!”


Qeyd edək ki, jurnalın bu nömrəsində, həmçinin ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) dərc olunub.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcəkdir" "Abituriyent 7" jurnalının ön sözü

"Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcəkdir" "Abituriyent 7" jurnalının ön sözü

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr etmişdir

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr etmişdir

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident Azərbaycan xalqını Qurban bayramı münasibətilə  təbrik etdi

Prezident Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Məleykə Abbaszadə Abituriyentlərə müraciət edib

Məleykə Abbaszadə Abituriyentlərə müraciət edib

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyent və subbakalavrların nəzərinə

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyent və subbakalavrların nəzərinə

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub

Mehriban Əliyeva xalqı Ramazan bayramı münasibətilə təbrik etdi

Mehriban Əliyeva xalqı Ramazan bayramı münasibətilə təbrik etdi

Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

DİM “Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini nəşr etmişdir

DİM “Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini nəşr etmişdir

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi