AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
03 sentyabr 2021
2 160


Gənc məktəb direktorunun uğurları: 13 tələbə, 644 bal göstərici,QIZIL MEDAL və attestatlar…



 

Hər bir orta məktəbin uğuru direktorla yanaşı, pedaqoji kollektivin də  üzərinə böyük məsuliyyət yükü qoyur. Müasir məktəb modelini formalaşdırmaq istəyən kollektiv ilk növbədə intellektual qabiliyyət və düşüncəsi ilə  fərqlənməlidir. Bu mənada hər bir məktəbin xüsusi nailiyyətlər əldə etməsində, pedaqoji heyətin əməyi əvəzsiz sayılmalıdır. Məktəblərdə müəllimlərlə şagirdlər arasında səmimi münasibətin yaranması, onların direktor və müəllimlərlə səmimi münasibətdə olub fikirlərini, ən əsası, üzləşdiyi çətinlikləri açıqlaya bilmələri önəmli məqamlardandır. Əlbəttə, bütün bunların nəticəsində o məktəbin işi yaxşı qurulmuş halda, uğurları da saysız-hesabsız olacaq. Məktəbdə ən ümdə məsələlərdən biri də müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində atılacaq addımlardır ki, bu da olduqca zəruri hesab edilmədir. 
13 şagird tələbə adını qazandı, 644 bal…
Bu gün respublikamıza bir neçə alim, vəkil, jurnalist, dövlət xadimi, ictimai xadim, zabit və digər yüzlərlə ziyalı bəxş etmiş Bünyədəli Pələngov adına Lerik Rayon Züvüç Kənd Tam Orta Məktəbi özünün ənənəvi yolunu davam etdirməkdədir. Lerik rayonunun nümunəvi məktəbi hesab edilən Züvüç Kənd Tam Orta Məktəbinin 19 məzunundan 13-ü bu il tələbə adını qazanıb. Məktəbin bir nəfər abituriyenti isə 644 bal toplayaraq respublikanın ən aparıcı təhsil ocaqlarından birinə qəbul olub. Həmçinin, məktəbin ən yüksək bal göstərən şagirdi respublika fənn olimpiadasında tarix fənni üzrə respublika üçüncüsü olmaqla bürünc medala layiq görülüb. Məktəbin məzunu Səmədli Zaur Abbasqulu oğlu Təhsil Nazirinin əmrinə əsasən, Qızıl Medala layiq görülmüş, həm də  qızıl attestat almışdır. İki məzun isə fərqlənmə attestatı almışdır. Fəaliyyətə başladığı dövrdən bu günədək daim belə nəticələri əldə etmək üçün çalışan məktəbin gənc direktoru Sahil Ağayev hər zaman rəhbəri olduğu qurumda  işi yüksək səviyyədə təşkil etməklə, şagirdlərin bilik və bacarıqlarını müşahidələr əsasında təhlil edərək müxtəlif tədbirlər görüb, addımlar atıb. Züvüç Kənd Orta Məktəbində ən yüksək pedaqoji meyarlardan biri müəllimlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, hər bir müəllimin dərs dediyi şagirdlərin daha yüksək nailiyyətlər əldə etməsinə çalışmasıdır. Bu isə ümumilikdə, məktəbin uğurlarının yüksəlməsinə şərait yaradan amildir.
 

Gənc məktəb direktorunun uğurları: 13 tələbə, 644 bal göstərici,QIZIL MEDAL və attestatlar…

 

Uğurun sirri…
2012-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilib istifadəyə verilən məktəb uğurlara və qazanılan nailiyyətlərə görə, adı hər zaman öndə çəkilməklə yanaşı məktəbin direktoru və pedaqoji kollektivi Lerik Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilib.  Məktəbdə müəllim və şagirdlərlə işin düzgün qurulması ilə yanaşı, valideynlərlə səmərəli əməkdaşlıq da təmin olunur. Tez-tez valideynlərlə görüşlər keçirilir, onların fikir və təklifləri dinlənilir. Hər bir valideynin fikri dəyərli hesab olunur. Bəzən valideynlərin fikir və təklifləri müəyyən məsələlərin müsbət həllinə kömək edir. Çünki  şagirdin təlim-tərbiyəsi valideynlə əməkdaşlıq çərçivəsində qurularsa, məktəblinin nailiyyətləri daha da yüksələr, bu da məktəbin adının yüksəlməsinə təsir edər.
Direktor Sahil Ağayevin təşəbbüsü ilə məktəbdə şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması işinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə məktəbdə çoxsaylı maarifləndirici tədbirlər keçirilir, şagirdlərin iştirakı ilə müxtəlif bədii proqramlar təqdim olunur.


27 yaşında direktor olan Sahil Ağayevin əsas amalı 
27 yaşında məktəb direktoru təyin olunan S. Ağayev  təhsil müəssisəsinin uğurları və qarşıda durun planlarla bağlı sualımıza cavab olaraq deyir ki, direktor təyin olunduğu bu illər ərzində hər zaman məktəbin adını uca tutmaq, təhsil keyfiyyətini daha da yüksəltmək, uğurlarını artırmaq, il-ildən tələbə adını qazanan şagirdlərin sayını çoxaltmaq üçün kollektivlə birgə çalışır, ümumi işin xeyrinə uzun illərdir bu məktəbdə fəaliyyət göstərən peşəkar pedaqoqların təcrübəsindən də yararlanır:
 

Gənc məktəb direktorunun uğurları: 13 tələbə, 644 bal göstərici,QIZIL MEDAL və attestatlar…

 

"Bütün fəaliyyətimdə daim Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” devizini əsas tutur, ölkəmizin gələcəyinə daha sağlam, bilikli, əsl vətəndaş olan şagirdlər yetişdirməyi amal olaraq seçirəm. Azərbaycanda təhsilə daim yüksək diqqət olub. "Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyən ulu öndər Heydər Əliyevin təhsillə bağlı qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət başçısı məktəblərin inşası, yenidən qurulması, təhsil səviyyəsinin yüksəldilməsi, şagirdlərimizin daha yaxşı təhsil alması istiqamətində mühüm addımlar atır. Biz müəllimlər də yaradılmış bu gözəl şəraitdə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Rəhbərlik etdiyim məktəbdə son illər təhsilin keyfiyyəti sürətlə yüksəlir, qəbul imtahanlarında əldə etdiyimiz göstəricilər də buna sübutdur. Əminəm ki, bu göstəricilər hər il daha da yüksələcək. Biz xalqımızın, ölkəmizin gələcəyi naminə bu gün müəllim adına yaraşan şəkildə üzərimizə düşənləri edirik. Məktəbimizdə tədris imkanlarının genişləndirilməsi, şagirdlərimizin daha keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edir, bu yolda müəllim kimi üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə əmin edirik”, – deyə gənc direktor qeyd edib. azinforum.az 



Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verilir

Ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verilir

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Şəki şəhəri 11 nömrəli tam orta məktəb

Şəki şəhəri 11 nömrəli tam orta məktəb

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Karantini pozan məktəb direktoruna töhmət verildi

Karantini pozan məktəb direktoruna töhmət verildi

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Bakı məktəbləri üçün 2018-ci il necə yadda qaldı?

Bakı məktəbləri üçün 2018-ci il necə yadda qaldı?

Prezident və xanımı Bakıda orta məktəbin açılışını etdi

Prezident və xanımı Bakıda orta məktəbin açılışını etdi

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird

Göygöl rayon Balçılı kənd 1 nömrəli məktəbin fəxr etdiyi şagird