AzTehsil.com


Xəbərlər / Müəllim
30 avqust 2021
772


“Məqtəllər nümunəsində Kərbəla faciəsinin Azərbaycan ədəbiyyatında təzahürləri” mövzusunda onlayn vebinar keçirilib



“Məqtəllər nümunəsində Kərbəla faciəsinin Azərbaycan ədəbiyyatında təzahürləri” mövzusunda onlayn vebinar keçirilib

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri "Məqtəllər nümunəsində Kərbəla faciəsinin Azərbaycan ədəbiyyatında təzahürləri” mövzusunda onlayn vebinarda iştirak ediblər.

Microssoft Teams platforması üzərindən keçirilən vebinarda Aİİ-nin rektoru, dosent Aqil Şirinov Kərbəla faciəsindən götürüləcək ibrətlərə diqqət çəkib. Həzrət Hüseyn və silahdaşlarının haqq uğrunda, inandıqları amal uğrunda necə fədakarlıq göstərdiklərini vurğulayıb. O, 44 günlük Vətən müharibəsində qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad edərək canlarından keçən şəhidlərimizin də eyni amal uğrunda vuruşduğunu, haqqın və ədalətin bərqərar olduğunu qeyd edib. Aİİ rektoru Kərbəla hadisəsinin müxtəlif ədəbi janrlarda əksini tapmasına diqqət çəkərək, qeyd edib ki, belə nümunələr bu hadisənin tarixin quruluğundan qurtararaq duyğulara xitab edəcək şəkildə insanlara çatdırıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Kərbəla hadisəsinə elmi, dini və ədəbi baxımdan fərqli yanaşıldığını qeyd edib. M.Mürsəlov hadisənin tarixi tərəflərini qeyd edərək, necə baş verdiyini bildirib. Kərbəlada baş verənləri "haqq-batil” mübarizəsinin parlaq təzahürü adlandıran M.Mürsəlov Həzrət Hüseyn və silahdaşlarının Kərbəla hadisəsi ilə ədaləti bərqərar etdiyini vurğulayıb. M.Mürsəlov Kərbəla hadisəsi zamanı, eyni zamanda 44 günlük Vətən müharibəsində şəhid olanları rəhmətlə andıqlarını, əziz xatirələrini yad etiklərini bildirib.

Daha sonra Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova "Məqtəllər nümunəsində Kərbəla faciəsinin Azərbaycan ədəbiyyatında təzahürləri” mövzusunda çıxış edib.

E.Əzizova çıxışında türksoylu xalqların təsəvvüf mirasının ortaq tarixi-ədəbi növü olan məqtəli-Hüseynlərin inkişaf prosesini və Əhli-Beyt timsalında bu nümunələrin didaktik xüsusiyyətlərini təhlil edib.

Məruzəçi bu təhlillər əsasında türkdilli məqtəllərin ərəbcə və farsca olan nümunələri arasında qarşılıqlı müqayisə aparıb. Məqtəllərin, sadəcə, Kərbəla hadisəsi haqqında tarixi məlumat verən mənbə olmadığını bildirərək, əsrlərboyu irfani mühitdə dövri olaraq oxunan bu əsərlərin həm də müsəlman cəmiyyətinə ideal insan amilləri aşılayan didaktik xüsusiyyətlər daşıdığını vurğulayıb.

E.Əzizova Kərbəla şəhidi Həzrət Hüseyn başda olmaqla, Əhli-Beytin digər üzvlərinin, o cümlədən, qadın təmsilçilərinin nümunəsində məqtəllərin türksoylu xalqların kamil insan tipi formalaşdırmasında mühüm rol oynadığını bildirib.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetində yeni formatda dərslərin təşkilinə başlanılıb

Azərbaycan Dillər Universitetində yeni formatda dərslərin təşkilinə başlanılıb

Rektor şəhid məzunun diplomunu ailəsinə təqdim edib

Rektor şəhid məzunun diplomunu ailəsinə təqdim edib

“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı

“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Bakı məktəblərinin 122 müəllimi Vətən müharibəsində iştirak edib

Bakı məktəblərinin 122 müəllimi Vətən müharibəsində iştirak edib

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans

“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb