AzTehsil.com


Xəbərlər / Səhiyyə
15 avqust 2021
957


Həkim-nevropatoloq: Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər



Həkim-nevropatoloq: Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər

 

Yəqin ki, hər kəsin nə vaxtsa başgicəllənməsi olub. Bəzən bunu qan azlığı, zəiflik, aclıq, isti hava ilə əlaqələndirirlər. Lakin uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər.

Bu haqda AZƏRTAC-a məlumat verən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidovanın sözlərinə görə, başgicəllənmə hissini ifadə edən tibbi şikayət vertigo adlanır və bu hal əhali arasında geniş yayılıb. Başgicəllənməsi daxili qulaqda, beyində və ya həssas sinir yolunda problemlər zamanı yarana bilir: "İstənilən yaşda insanın başı fırlana bilər. Lakin adətən belə hallara 65 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Vertigo hərəkət narahatlığına bənzəyir, insan sanki otağın mərkəzindəki ipi çəkdiyini güman edir, tarazlığını bir neçə anlıq itirmiş olur. Vertigonun əsas əlamətləri ürək bulanması, qusma, başağrısı, hərəkət zamanı büdrəməkdir”.

Həkim bildirib ki, vertigoların daha çox periferik vertigo (benign paroksismal mövqe vertigo), Meniere xəstəliyi və kəskin başlanğıc vertigo növlərinə rast gəlinir: "Xəstələrin 93 faizində periferik vertigo qeydə alınır. Benign paroksismal mövqe vertigo (BPPV) başın mövqeyində müəyyən dəyişikliklərlə güclənən vertigo növüdür. Buna daxili qulaqda üzən kalsium kristalları səbəb olur. Digər növ olan Meniere xəstəliyi tarazlığa və eşitməyə təsir edən daxili qulaq xəstəliyidir. Kəskin periferik vestibulopatiya (APV), qəfil başgicəllənməyə səbəb olan daxili qulağın iltihabıdır”.

Vertigonun müalicəsi xüsusi fiziki hərəkətləri olan məşqlər vasitəsilə aparılır. Bəzi zəruri hallarda "vestibulyar blokaj agentləri” adlanan xüsusi dərmanlarla müalicə yazılır. Ürək-damar xəstəlikləri, qulaq infeksiyaları, baş travması, antidepressant və antipsixotik kimi dərmanlar vertigo riskini artıran amillər sırasındadır.

Y.Rəşidova vertigonun qeyd olunan əlamətlərini hiss edən kimi vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görür. Əks təqdirdə həmin xəstəlik daha ciddi problemlərə yol aça bilər.



Загрузка...
Həmçinin oxuyun:
Ürəyin xəstə olduğunu göstərən - 6 əlamət

Ürəyin xəstə olduğunu göstərən - 6 əlamət

Yaddaş pozulması. ƏSAS SƏBƏBLƏR

Yaddaş pozulması. ƏSAS SƏBƏBLƏR

Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Bu qidalar karlığın qarşısını alır - SİYAHI

Bu qidalar karlığın qarşısını alır - SİYAHI

Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI

Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI

Həkim HƏYƏCAN TƏBİLİ ÇALDI: Uşaqlarda iştahsızlıq 1 həfədən çox davam edərsə..

Həkim HƏYƏCAN TƏBİLİ ÇALDI: Uşaqlarda iştahsızlıq 1 həfədən çox davam edərsə..

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

Peyvəndlənmə ilə bağlı  tez-tez verilən suallar – Ekspert cavablandırır

Peyvəndlənmə ilə bağlı tez-tez verilən suallar – Ekspert cavablandırır

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA

Axşamlar yüksələn temperatur hansı xəstəliklərdən xəbər verir? - AÇIQLAMA

Təbaşir uşaqlar üçün hansı xəstəliyi yaradır?

Təbaşir uşaqlar üçün hansı xəstəliyi yaradır?

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Koronavirusa yoluxmuş orqanizm 6 aya özünə gəlir - Nə etməli?

Koronavirusa yoluxmuş orqanizm 6 aya özünə gəlir - Nə etməli?

Yaddaş pozğunluğu zamanı nə etməli?

Yaddaş pozğunluğu zamanı nə etməli?

Sağlamlığınızın yerində olmadığını göstərən 6 İŞARƏ

Sağlamlığınızın yerində olmadığını göstərən 6 İŞARƏ

Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən GİZLİ ƏLAMƏTLƏR

Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən GİZLİ ƏLAMƏTLƏR