AzTehsil.com


Xəbərlər / Müəllim
30 iyul 2021
1 830


Narazılıq yaradan MİQ imtahanları ilə bağlı ekspertdən təklif



Narazılıq yaradan MİQ imtahanları ilə bağlı ekspertdən təklif

 

"Köklü dəyişikliklər olmasa, problemlər bitməyəcək”

İyulun 8-24-ü ərəfəsində Bakıda müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanla bağlı narazılıqlar səngimək bilmir. Baxmayaraq ki, ötən gün Təhsil Nazirliyi tərəfindən yenidən imtahanların keçirilməsi barədə qərar qəbul edilib. Bəziləri hesab edir ki, bu imtahanlarla bağlı artıq köklü dəyişikliklərin edilməsinin vaxtıdır.

Qeyd edək ki, son imtahanlarda müəllimlərin əksəriyyəti nöqsanların olduğunu- kompüterlərin zəif işlədiyini, məntiq suallarının yanlış olduğunu,  imtahan gedə-gedə sualların dəyişilməsindən şikayət ediblər.

Bununla belə, narazılıq yalnız son imtahanlarla bağlı da deyil. Zaman-zaman MİQ imtahanları ilə bağlı şikayətlər olur. Əksəriyyət isə imtahandan sonra vakansiyaların olmamasından narazıdır.

Bizimlə söhbətdə Humay adlı Bakı sakini bildirib ki, ötən il müəllimlərin işə qəbulu imtahanında iştirak edib, lazım olan balı toplayıb: "Dəfələrlə nazirliyə müraciət etmişəm, amma uyğun vakansiya yoxdur deyilir. Nə olsun ki, imtahandan keçmişəm, iş tapa bilmirəm”.

 

 Bizimlə söhbətdə təhsil eksperti Elçin Əfəndi bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarında narazılıqların və üsyanların gələcəkdə olmaması, problemlərin aradan qaldırılması üçün lazımi addımlar atılmalıdır: "Fikrimcə, ali və orta ixtisas təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslarda plan yerləri azaldılmalıdır. Təqaüd yaşı tamam olmuş, eləcə də İKT üzrə bilikləri olmayan müəllim heyəti yüksək məbləğdə təqaüdün (aylıq minimum 500 AZN) verilməsi qarşılığında işindən azad olunmalıdır. Vahid proqram yaradılmalı, vahid ədəbiyyat siyahısı təqdim edilməlidir. Sualların məzmunca bölgü prinsipi dəyişilməlidir. Qurum əgər publik-hüquqi şəxs olmasına baxmayaraq, dövlətin imtahan mərkəzi adına statusa sahibdirsə, deməli, dövlətin bütün növ imtahanları vahid mərkəzdə də təmərküzləşməlidir. Bütün digər dövlət orqanlarına qəbulu Dövlət İmtahan Mərkəzi həyata keçirərək, müvafiq sertifikat və ya qiymətləndirmənin əldə olunan nəticəsini təqdim edirsə, bu təqdimat əsasında da dövlət orqanlarında dövlət qulluqçularının yerləşdirilməsi müsahibə mərhələsi və digər qaydalarla baş tutursa, eynisi Təhsil Nazirliyində də mümkündür”.

Ekspert əlavə edib ki, imtahanda dövrün tələbini nəzərə alaraq informatika fənni üzrə suallar yer almalıdır: "Belə ki, 40 sual ixtisas, 10 sual kurrikulum, 10 sual isə məhz informatika fənni üzrə olmalıdır. Niyə belə düşündüyümün səbəbi COVİD-19 kimi bəla bizə sübut etdi ki, informatika, eyni zamanda informasiya texnologiyaları, müxtəlif proqramlarla işləmək qabiliyyətimiz bərbad vəziyyətdədir. Qarşıda baş verəcək bu kimi hadisələrdə vəziyyətdən çevik çıxış üçün, yəni fors-major hallar üçün hazırlıqlı olmalıyıq. Plan yerlərinin azaldılması isə müəllim nüfuzuna da müsbət təsir edəcək. Çünki ali təhsilli müəllim hazırda MİQ imtahanına girib 25-30, hətta 50 bal toplasa da vakant yerin çıxarılmaması və ya çıxarıldığı halda düşə bilməməsi səbəbindən gedib fəhləlik edirsə, ustalıq edirsə bu birbaşa müəllim adı üçün düzgün yanaşma olmur. Buna nümunə olaraq bəzi eks və ya indiki millət vəkillərinin, digər şəxslərin "dolana bilmirsə, getsin fəhləlik etsin, ustalıq etsin” deməsi fikrimi aydın izah edir.

Qeyd edim ki, sənətin pisi və ya yaxşısı yoxdur. Hərə öz bacarığı üzrə yaşam şəraitini qurur və ona verilmiş ömrünü başa vurur. Amma kimlərsə əziyyət çəkib təhsil ardınca düşmür ki, sabah təhsil alıb diplomu "əlində” qalsın, kimlərinsə səriştəsizliyi ucbatından diplomunu toz bassın, özü isə "oxudun guya nə oldu ki? ” kimi tənələrə məruz qalsın. İnsan təhsil alır ki, dövlət onu işlə təmin etsin. İşlə təmin olunmanın yolu da birmənalı olaraq, gizlədilmiş vakansiyaların üzə çıxarılmasından, yeni iş yerlərinin açılmasından və eləcə də dövrün tələblərinə cavab verməyənlərin vaxtından əvvəl təqaüdə göndərilməsindən asılıdır”.

Qeyd edək ki, iyulun 5-də baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib.

12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib.

Bu seanslarda texniki xüsusiyyətlər baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.

"Yeni Müsavat”



Загрузка...
Həmçinin oxuyun:
MİQ imtahanlarında iştirak edən namizədlərin nəzərinə

MİQ imtahanlarında iştirak edən namizədlərin nəzərinə

MİQ imtahanları ilə bağlı ARTİ-nin direktoru Rüfət Əzizov mətbuata açıqlama verib

MİQ imtahanları ilə bağlı ARTİ-nin direktoru Rüfət Əzizov mətbuata açıqlama verib

Müəllimlərin işə qəbulu üzrə təkrar imtahanda iştirak üçün müraciət edənlərin sayı açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə təkrar imtahanda iştirak üçün müraciət edənlərin sayı açıqlanıb

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Imtahanda 29 səhv sual aşkarlanıb – RƏSMİ

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə-FOTO

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə-FOTO

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə test imtahanında 3 nəfər yüksək bal toplayıb

Müəllimlərin işə qəbulu üzrə test imtahanında 3 nəfər yüksək bal toplayıb

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi  nə zaman başlayacaq?

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi nə zaman başlayacaq?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulunda yeniliklər

Müəllimlərin işə qəbulunda yeniliklər