AzTehsil.com


Xəbərlər / Müəllim
18 iyul 2019
2 066


Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib



Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

 

 
İyulun 18-də Azərbaycan Texniki Universitetinin idman zalına müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləmək üçün infotur təşkil olunub.

İnfotur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, bu il də müəllim olmaq istəyən namizədlərin sayında artım dinamikası müşahidə edilir. İmtahanların mövcud qaydalara uyğun təşkili, obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İmtahan prosesinə xüsusi nəzarət edilir, namizədlərin qarşılaşdığı problemlərin həlli ilə bağlı yardım edilir.

Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu günədək 24 456 nəfər imtahanlarda iştirak edib. Həmin namizədlərdən 8 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

Bu gün ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyən namizədlər imtahan verir.

Qeyd edək ki, iyulun 8-dən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə test mərhələsi başladı

Müəllimlərin işə qəbulu üzrə test mərhələsi başladı

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu  müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

Müəllimlərin işə qəbulunun test mərhələsinə start verilir-ELAN

3940 müəllimə rədd cavabı verildi

3940 müəllimə rədd cavabı verildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu başladı

Müəllimlərin işə qəbulu başladı

İyunun sonundan müəllimlərin işə qəbuluna start verilir

İyunun sonundan müəllimlərin işə qəbuluna start verilir

MİQ üçün qeydiyyat sabah başa çatacaq

MİQ üçün qeydiyyat sabah başa çatacaq

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

MİQ  üzrə müsabiqəyə  sənəd qəbulu başa çatdı

MİQ üzrə müsabiqəyə sənəd qəbulu başa çatdı

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil Nazirliyində press brifinq

Təhsil Nazirliyində press brifinq

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer