AzTehsil.com


Xəbərlər / Saglam həyat
29 iyul 2021
1 341


D vitamini əskikliyindən yaranan 10 XƏSTƏLİK



D vitamini əskikliyindən yaranan 10 XƏSTƏLİK

 

D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra pozulma və xəstəliklərin yaranmasına səbəb ola bilər:

Yüksək qan təzyiqi

Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.

Xərçəng

D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.

Karies, ağız boşluğu və dişlərin xəstəlikləri

Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.

Bağırsaq xəstəlikləri

ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.

Sümük, əzələ, oynaq ağrıları

İstənilən yaşda D vitamini əskikliyi bədəndə müxtəlif ağrılara səbəb olacaq. Eləcə də qadınlarda osteoporoz sümük əriməsi daha da sürətlənir.

Sonsuzluq, cinsi zəiflik, uğursuz hamiləlik

D vitamini əskik olan qadınlarda hamiləlik zamanı döl də bu defisitlə doğulur və onda raxit xəstəliyi yaranır.
Eləcə də D vitamini az olanda hamilə qalmaq çətinləşir. D vitamini az olan anaların autizmli uşaq dünyaya gətirmək riski də yüksəkdir.

Depressiya, demensiya, Alsgeymer

D vitaminiaz olan insanların yaşlaşdıqda beynində dəyişikliklər sürətlənir, beyni qocalır, demensiya problemləri yaranır. D vitamini az olanlarda depressiya, apatiya, müxtəlif psixi problemlər, həyatdan küsmə halları olur.

Diabet xəstəliyi

Son zamanlar diabet xəstələrin sayı artıb. Bunun da D vitamini ilə əlaqəsi sübut olunub.

Baş ağrıları

Tez-tez təkrarlanan, xroniki baş ağrılarının səbəblərindən biri D vitamininin əskikliyi ola bilər.

Zökəm

Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.

Digər xəstəliklər: miqren, baş ağrıları, ürək problemləri, erzema, iltihabi xəstəliklər, yuxusuzluq, dağınıq skleroz, piylənmə, qıcolımalar, diş problemləri, vərəm və s.

Yay aylarında hər gün səhər və günortadan sonra 30 dəqiqə qolları, kürəyi və ayaqları açıq gəzmək, gün vannası qəbul etmək, çimərlikdə olmaq lazımdır. Amma D vitamini həmişə tükənir. Ona görə yayda aldığınız ehtiyat 3 aya itə bilər. Bu səbəbdən əlavə vitamin qəbulu və qida ilə D vitamini almaq vacibdir.



Загрузка...