Xəbərlər / Şagird
28 iyun 2021
923


Şagirdlərimizdən beynəlxalq nailiyyət

Şagirdlərimizdən beynəlxalq nailiyyət

 

19-26 iyun 2021-ci il tarixlərində Latviyada Avropa Fizika Olimpiadası (EuPhO 2021) keçirilib. 

Olimpiadada ölkəmizi təmsil edən şagirdlərimiz uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar.
Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov olimpiadanın bürünc medalına, Gənc İstedadlar liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Rüfət Məmmədov olimpiadanın  həvəsləndirici mükafatına layiq görülüblər.   
    
Qeyd edək ki, şagirdlərimiz Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridirlər. 
Şagirdlərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq! 
Məqalə Göndər








Загрузка...