AzTehsil.com


Xəbərlər / Müəllim
16 aprel 2021
1 314


Distant təhsilə pandemiyanın törəməsi kimi baxmalıyıq



Distant təhsilə pandemiyanın törəməsi kimi baxmalıyıq

 

Emin Əmrullayev: "Təhsil Nazirliyi qurum olaraq əyani təhsilə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biridir”


Aprelin 7-də  Təhsil naziri Emin Əmrullayev  AzTV-nin "Hədəf” proqramının qonağı olub. Verilişdə  pandemiya dövründə tədrisin təşkili, təhsil işçilərinin vaksinasiyası, direktorların işə qəbulu, peşə təhsili, SABAH magistraturası və digər məsələlər ətrafında danışılıb.

XXI əsrin və əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması

- Pandemiyanın yaratdığı çətinliklərə rəğmən müəyyən yeniliklər də həyata keçirilir. Mən istərdim ki, xüsusilə tələbələri maraqlandıran bir məqam - SABAH magistraturası barəsində də danışaq. Bu yenilik nə verəcək? Tələbələr üçün onun əsas mahiyyəti nədən ibarətdir?

- Siz bilirsiniz ki, 5 ildən artıqdır ki,  SABAH  bakalavr səviyyəsində tətbiq olunur. Savadlı, bacarıqlı və  hazırlıqlı tələbələr üçün fərqli mühit yaratmaq məqsədi daşıyır. SABAH magistraturasının  bir neçə məqsədi var. Birincisi, XXI əsrin və əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanmasıdır. Ona görə builki SABAH magistratura proqramları başladıqda biz məhz elektron kommersiya, süni intellekt, daha çox İT ixtisasları üzərində olan ixtisaslara  fokus oluruq. İkinci məsələ, məzmun məsələsidir, yəni, ixtisasla yanaşı ona uyğun zəruri məzmunu düzgün çatdırmaq. Çalışdığımız daha praktikyönlü magistr proqramlarını  hazırlamaqdır ki, tələbələr öz  vaxtlarını auditoriyada keçirməklə yanaşı, həm də praktik həyatda öz ixtisaslarının nədən ibarət olduğunu başa düşsünlər. Üçüncü məsələ  isə SABAH magistraturasında  xarici ölkələrin daha çox müsbət təcrübəsi olan ali təhsil müəssisələri ilə yerli ali təhsil ocaqlarının əməkdaşlığını təmin etməklə  tələbələri, belə deyək, gələcək əmək bazarına hazırlamaqdır.

Peşə təhsilinə maraq artır

- Son illər peşə təhsilinə kifayət qədər maraq artıb. Bunun əsas səbəbi nə ilə izah edilə bilər? Hansı yeniliklər, belə deyək də, peşə təhsilinə marağı artıran əsas səbəblər hesab olunur?

- Yəni, biz birinci başa düşməliyik ki, peşə təhsili ilə bağlı hansı problemlərimiz var. 30 illik işğal dövründə öz torpaqlarından didərgin düşən məcburi köçkünlər bir çox peşə təhsil  müəssisələrimizdə  müvəqqəti məskunlaşıblar. Vaxtilə işğalda olan torpaqlarımızda mövcud olan peşə təhsili infrastrukturu  demək olar ki, dağıdılmışdır. Artıq qazandığımız  zəfər həmin bölgələrdəki peşə təhsili müəssisələrinin də inkişaf edəcəyinə əminlik yaradır. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə ən müasir standartlara cavab verən bir neçə peşə təhsili müəssisələri artıq istifadəyə verilib. Bu peşə təhsili müəssisələri özünün, belə deyək, infrastrukturuna görə hətta bəzi ali təhsil müəssisələrini də qabaqlayır.

Peşə təhsili ilə bağlı ikinci problem onun davam formasında, yəni, hər hansı bir şəxsin peşə təhsili alandan sonra  öz təhsilini necə davam etdirilməsi idi. Bu problemin həlli üçün biz yüksək peşə ixtisas təhsili və yaxud səviyyəsini tətbiq etməyə başlamışıq. Bu il 1000-ə yaxın tələbənin  həmin peşə ixtisaslarına qəbulunu planlaşdırırıq. Yüksək peşə ixtisas  təhsili nədir? Yüksək peşə ixtisas təhsili subbakalavr, yəni, kollec və ya keçmiş texnikum səviyyəsinə qəbul deməkdir. Artıq subbakalavrdan  sonra tələbələr təhsillərini ali məktəblərdə davam etdirmək imkanı da qazanır. Yəni, prinsipcə yiyələndiyi  peşə təhsilindən sonra ona müvafiq olaraq ali təhsil almaq imkanının yaradılması da  düşünürəm ki, bu sahəyə marağı artırır. Üçüncü məsələ, əmək bazarının tələbidir. Əmək bazarında boş iş yerləri heç də həmişə ali təhsil tələb edən ixtisaslarla bağlı deyil. Bir çox hallarda  məhz peşə təhsilini bitirmiş insanlara böyük tələbat var. Bu da mənə elə gəlir ki, olduqca vacib tendensiyadır və insanlar bunu başa düşdükcə  həmin sahəyə maraq düşünürəm ki,  getdikcə daha da artacaqdır. 

Məzun olduqdan sonra iş tapmaq və əməkhaqqı almaq ən vacib amildir. Biz də bunu öz işimizin əsas indikatoru kimi hesab edirik. Bu ildən başlayaraq həm qısamüddətli kursları, həm də dediyim yüksək peşə ixtisasları üzrə qəbulu Bakıda, eləcə də bölgələrimizdə qeyd etdiyim kimi yeni yaradılmış  hər cür infrastrukturu, müasir tələblərə cavab verən həmin məktəblərdə təşkil etməyi planlaşdırırıq.

Pandemiya həm də imkanlar yaradır

- Pandemiya bu sahədə hər hansı bir çətinliklər yaradırmı və yaxud da  əvvəlcədən nəzərdə tutduğunuz planlarınızın dəyişməsinə səbəb olubmu?

- Təbii ki, kifayət qədər ciddi problemlər yaradır. Məsələn, peşə təhsili insanların bir yerdə və ya üzbəüz olub hansısa bir  formada  ustalıq  öyrənməyı tələb edir. Bildiyiniz kimi son ildə pandemiya səbəbindən  biz bir neçə dəfə ciddi, belə deyək, məhdudiyyətlər yaşadıq. Bunun təsirləri var və düşünürəm ki, pandemiyanın təsirləri qısamüddətli deyil.Yəni, bunu da başa düşməliyik ki, bizim kifayət qədər uzunmüddətdə təhsilə olan nəticələri aradan qaldırmaq üçün vaxt və resurslara ehtiyacımız olacaq. Yəni, burada hansısa 1 və ya 2 ildən danışmırıq. Artıq dünyada bununla bağlı müəyyən ilkin tədqiqatlar var və kifayət qədər uzunmüddətli zaman, müddətlər səsləndirilir. Amma eyni zamanda da başa düşməliyik ki, pandemiya yalnız problem deyil, həm də imkanlar yaradır. Xüsusilə biz yeni ixtisaslar, o cümlədən texnologiyanın nə qədər tez bir zamanda inkişafı, ondan səmərəli istifadə və zəruriyyətdən irəli gələrək öyrənməni müşahidə edirik. Ona görə bəzi hallarda, yəni, yaranmış situasiyanın ağırlığı ilə yanaşı, bu imkanlara da baxmağı tələb edir.

Məncə, bunları birinci görən, onlardan düzgün faydalanan şəxslər,  uzunmüddətli vədədə həmin o pandemiyadan müsbət formada  ayrılan ölkələr və yaxud sistemlər olacaq. Sadəcə olaraq o şikayət edən və  giley-güzarla məşğul olan insanlar üçün vəziyyətin  daha yaxşı olmayacağını  səmimi olaraq  düşünürəm. Çünki burada verilmiş çətinliklərə və çağırışlara doğru biz nə edirik sualı olduqca vacibdir, nəinki yalnız problemlər haqqında danışmağımız. Problemlərlə yanaşı,  onların həlli haqqında danışmaq da olduqca zəruridir.

"Dərs vaxtı” proqramının 8000-ci buraxılışı

- Əslində əvvəldə vurğuladıq ki, pandemiya təhsil sahəsində həm də bizə bir distant təhsil təcrübəsi qazandırdı. Həmin sahədə öz peşəkarlığımızı necə daha da inkişaf etdirə bilərik kimi bir məsələ də ortaya çıxır. Bu müddət ərzində Azərbaycan Dövlət Televiziyası ilə Təhsil Nazirliyinin uğurlu  əməkdaşlığı yaranıb. Sizi, eləcə də,  bizi təbrik etmək olar ki, artıq "Dərs vaxtı” proqramının 8000-ci buraxılışı efirdə yayımlanıb. Ümumiyyətlə, teledərslərin keyfiyyəti necədir? Və belə deyək ki,  şagirdlərin bundan səmərəli istifadəsi ilə bağlı müşahidələr, monitorinqlər  aparırsınızmı?

- Mən  ilk növbədə  Azərbaycan Dövlət  Televiziyasına həm təşəkkürümü bildirmək, həm də təbrik etmək istəyirəm. Həqiqətən də artıq  8000-ci  dərsin çəkilməsi  Azəbaycan təhsili üçün birmənalı olaraq müsbət bir haldır. Çünki mən inanıram ki, post-pandemiya dövründə də həmin dərslərin şagirdlər üçün əlçatan olması istənilən halda yaxşı xəbərdir. Yəni, teledərslərin olması olmamasından daha yaxşıdır. Nəzərə alsaq ki, 8000-ci  teledərsin çəkilməsi bizim həm televiziya, həm müəllim həmkarlarımızın böyük zəhməti və səyi nəticəsində mümkün olmuşdur. Mən elə buna görə də əməyi olan hər bir kəsə minnətdarlıq etməklə bərabər,  bunun həm də nə qədər ağır bir iş olduğunu vurğulamaq istərdim. Xüsusilə pandemiyanın ilk dövrlərində bütün məhdudiyyətlərə, risklərə  baxmayaraq həm müəllimlərimizin, eyni zamanda televiziya işçilərimizin burada çox vacib bir əməkdaşlığı quruldu və nəticə də oldu.Teledərslər nə qədər faydalıdır sualına cavab olaraq bildirmək istəyirəm ki, təbii ki, teledərslər bütün problemləri həll etmir. Bilirik ki, 99 faizdən yuxarı hər bir kəsin  evində televizor var və Azərbaycan Dövlət Televiziyasından bu dərsləri hamı izləyir. Bu baxımdan dərslik və teledərs minimal olaraq hər bir şagirdin öyrənməsi üçün əlində olan imkandır.Təbii ki, minimal və arzu edilən arasında müxtəlif məsafələr var.Bu istər ailələrdən, bölgələrdən asılı olaraq dəyişir və Təhsil Nazirliyi üçün ən böyük problemlərdən biridir. Çünki biz hər bir şagirdin davamlı və  eyni zamanda keyfiyyətli təhsil almağını istəyirik. Amma nə bizdə, nə də başqa ölkələrdə bu həmişə mümkün olmur. Amma biz bu ideyaya doğru addımlamalıyıq. Məncə, ona görə teledərslərin minimal müsbət təsir, həmçinin uzunmüddətlilik baxımından da rolu əvəzsizdir. Düşünürəm ki, teledərslərin keyfiyyəti getdikcə yüksəlməkdədir. 

Ən önəmli məsələ məzmunla, dəyərlərlə, davranışla bağlıdır
- Emin müəllim, proqramımızın əvvəlində vurğuladınız ki,  qeyri-müəyyən bir vəziyyət yaranıbdır. Biz pandemiyanın, belə deyək ki, yer kürəsindən nə vaxt itəcəyini hələ ki, proqnozlaşdıra bilmirik. Bununla bağlı hətta ən peşəkar tibb mütəxəssisləri belə proqnoz verməkdə çətinlik çəkirlər. Ona görə post-pandemiya dövründən bizim danışmağımız bəlkə də hələ tezdir. Amma bununla belə Təhsil Nazirliyi olaraq siz post-pandemiya dövründə təhsil sahəsində yaranmış boşluqları, ümumiyyətlə, pandemiyanın vurduğu  zərərləri kompensasiya etmək üçün hansı addımları atmağı planlaşdırırsınız?

- Çox vacib sualdır. Çünki, məncə ən vacib məqsəd itirilmiş bir öyrənmə, bir bilik, bacarıqlar var. Amma öyrənmək imkanı var. Və bu, dediyim kimi milyondan artıq insanı əhatə edir. Həmin itirilmiş öyrənməni bərpa etmək elə də asan məsələ deyil. Zaman və resurs tələb edir. Eyni zamanda biz yeni reallıqları başa düşürük. Və yeni reallıqlara adaptasiya olmaq çox vacib məsələdir. Yenə də deyirəm, burada biz müqavimət göstərə və ya  adaptasiya ola bilərik. Düşünürəm ki, adaptasiya olmaq müqavimətdən daha yaxşı strategiyadır.

Digər bir məsələ, biz başa düşdük ki, öyrənməyə informasiya-kommunikasiya texnologiyaları nə qədər təsir edir  və bizim Təhsil Nazirliyi olaraq məktəblərdə həm müəllimlərimizin İKT-dən istifadə bacarığı, həm təhsil müəssisələrimizin İKT infrastrukturu, həmçinin onların internet bağlantısının daha da yaxşılaşdırılması vacibdir. Amma bunlar hamısı alətdir. Ən önəmli məsələ yenə də məzmunla, dəyərlərlə, davranışlarla bağlıdır. Və xüsusi qeyd etmək istəyirəm ki, pandemiyanın ən çətin olan hissələrindən biri müəllim və şagirdlər üçün sosial-emosional tərəfləridir. Dərhal sonra düşünürəm ki, biz məhz bu psixoloji dəstəklə bağlı və xüsusilə ibtidai sinif şagirdlərimiz üçün situasiyadan asılı olaraq çox işlər görə bilərik. Əlavə dərslər, dəstək tədbirləri, məktəbdə  müəllimlərin və müxtəlif qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və yaxud özəl sektorun,  o cümlədən ailələrin, valideynlərin yaxından iştirakını gözləyirik. Çünki bu, tək Təhsil Nazirliyinin görə biləcəyi bir  proses deyil. Biz daha çox təhsili tənzimləyən qurumuq. Və ona görə alətlərimizdən optimal istifadə etməyi düşünürük. Ancaq eyni zamanda ailələr də, belə deyək,  ümumi cəmiyyətimiz də bu situasiyanı başa düşüb  bacardıqca bayaq dediyimiz kimi problemlərə fokus olub, amma imkanları görüb həll yollarını da ən qısa zamanda tətbiq etməyə çalışmalıdır.

Pandemiyadan çıxmağın ən qısa yolu vaksinasiyadır

- Biz arzulayırıq ki, növbəti dəfə "Hədəf” proqramında  verəcəyimiz suallar post-pandemiya dövründə Təhsil Nazirliyinin təhsil sahəsində pandemiyanın vurduğu zərərlərin bərpa prosesi barədə olsun.

Emin müəllim suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik.

- Çox sağ olun. Mən də düşünürəm ki, ən vacib məsələ nikbin olmaqdır. Bu günləri pandemiyadan çıxmağın  ən qısa yolu vaksinasiyadır. Mən bu sözü bilə-bilə dəfələrlə təkrar edirəm. Çünki bizim vətəndaşlarımız nə qədər tez vaksinasiya olunarsa,  bir o qədər həm təhsilimiz normala, ənənəviyə qayıda bilər, həm də ümumi həyatımız.

- Mən də sizə təşəkkürümü  bildirirəm.



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib

Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Emin Əmrullayev: “IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var”

Emin Əmrullayev: “IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var”

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

“Ümumi təhsil haqqında” qanun layihəsində YENİLİK

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az deyil...

Erməni vandalizminin təhsilimizə vurduğu ziyan pandemiyanın törətdiyi fəsadlardan az deyil...

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

ADA Universitetinin Prorektoru Gülnur İsparova: “Pandemiyadan sonra yeni bilik və bacarıqlar tələb olunacaq”

ADA Universitetinin Prorektoru Gülnur İsparova: “Pandemiyadan sonra yeni bilik və bacarıqlar tələb olunacaq”

AzTU rektoru universitetin mövcud problemlərini açıqladı

AzTU rektoru universitetin mövcud problemlərini açıqladı

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..