Təhsil naziri ənənəvi dərslərin dayandırılması qərarını ŞƏRH ETDİ
Gündəlik yoluxmaların 4-6 faizini müəllimlər təşkil edir.
Aztehsil.com-un məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, yoluxmaların hər biri məktəbdə baş vermir:
"Yoluxma halları kifayət qədər yüksəkdir və bu şəraitdə müəyyən qərarlar verilməli idi. Bu qərarlar verilərkən qısa, orta və uzunmüddətli hədəflər nəzərə alınıb. Mart ayının 29-dan etibarən üç gün ərzində 61 ümumtəhsil müəssisəsi - 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəkidə olmaqla fəaliyyətini dayandırıb.
Biz düşünürük ki, yoluxmaların sayı artdıqca məktəblərin distant təhsilə keçilməsi qaçınılmaz olur”.