AzTehsil.com


Xəbərlər / Ekspert
11 mart 2021
1 289


Təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə iradəsindən, arzu və istəyindən asılı olmayıb



Təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə iradəsindən, arzu və istəyindən asılı olmayıb

 

Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb. Şəki şəhər 9 nömrəli tam orta məktəb və Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbində koronavirus xəstəliyinin (COVİD-19) yayılması ilə əlaqədar dərslər 14 gün müddətində distant formada davam etdiriləcək. Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin direktoru və direktor müavini koronavirusa yoluxub. Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb. Bu gün Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə də dərslərin distant formada keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral – 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, 22 fevral – 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi). Gigiyena və epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası,  Bakı şəhəri Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli, Mingəçevir şəhəri N.Nərimanov adına 1 nömrəli, Ağdam rayonu 19 nömrəli  və Əfətli kənd, Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd  və Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir.

Sektor müdiri onu da əlavə etdi ki, daha öncə distant təhsilə keçirilmiş Bakı şəhəri 82 nömrəli və 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir.

Məktəblərdə yoluxmalar kütləvi hal alarsa, hansı addımlar atılacaq? Yenidən tam distant təhsilə keçid baş verəcəkmi?

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə iradəsindən, arzu və istəyindən asılı olmayıb

 

 Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov "Press Klub”a açıqlamasında xatırlatdı ki, bu gün Şəkidə iki məktəb koronavirusa görə bağlanıbsa, bir neçə gün əvvəl bir neçə məktəbin fəaliyəti bir həftəlik fasilədən sonra yenidən bərpa olunub:


"Təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə iradəsindən, arzu və istəyindən asılı olmayıb, hətta Təhsil Nazirliyinin də öhdəliyində olan məsələ deyil. Əlaqədar qurumlar, səhiyyə orqanlarının təhlilləri və təklifləri əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir. Təhsil Nazirliyi də davamlı olaraq digər dövlət və özəl qurumları əməkdaşlığa dəvət edir, təhsilin ayaqda saxlanılması üçün bütün mövcud imkanlardan istifadə edir”.


Ekspert məktəblərin yenidən tam qapanacağını zənn etmir:


"Belə bir halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam. Hər şey yoluxmanın artım və ya azalma dinamikasından asılıdır. Başqa sözlə, hər hansı bir qərar zamana bağlıdır. Bununla belə, hesab edirəm ki, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirməyin özü də yanlış mövqedir. 5-10 məktəbin bağlanması bütövlükdə məktəblərin bağlanması üçün tutarlı əsas ola bilməz, özü də buraxılış və qəbul imtahanları ərəfəsində”.


 

 


 Təhsil eksperti Elçin Əfəndi koronavirusla bağlı bütün məktəblərin qapadılması fikri ilə razı deyil:


"Yoluxmalar hansı məktəblərdə qeydə alınırsa, həmin məktəblərin bağlanması daha məqsədəuyğundur. Təhsil Nazirliyinin məlumatlarından görünür ki, hansı məktbələrdə yoluxma faktı aşkarlanırsa, məhz həmin məktəblərin 14 gün müddətinə qapadılması qərarı verilir. Müddət başa çatdıqdan sonra məktəblərdə dərslər ənənəvi olaraq keçirilməyə başlanır. Ölkədə vaksinasiyanın aparıldığını nəzərə alsaq, məktəblərin tamamilə qapadılmasının heç bir məntiqə uyğun olmadığını deyə bilərik”.

 

 


Həkim-pediatr Aytən İsmayılzadə qeyd etdi ki, yoluxma halı kənarda da baş vermiş ola bilər:

"Məktəblər insanların toplu halda bir-biri ilə təmasda olduğu yerdir. Dövlət müəssisələri, idarələr, xəstəxanalar var ki, orada da insanlar sıx toplaşırlar. Yoluxma halı həmin yerlərdə də baş verə bilər. Bir nəfərə görə həmin müəssisələr bağlanmır ki… Məktəblər də bu səbəbə görə bağlanmamalıdır”.

Həkim müəllimlərin peyvəndlənməsinin sürətlə başa çatdırılmasının məqsədəuyğun olduğunu vurğuladı:

"Hər kəsdən öncə müəllimlər vaksinasiyaya cəlb olunmalı idilər. Onlardan hər həftə yaxma analizləri götürülməlidir. Necə Vergilər Nazirliyi və ya polislər üçün edilir, eləcə də müəllimlər üçün bunlar keçərli olmalıdır ki, profilaktik tədbirlər daha effektli olsun. Yenə də deyirəm ki, bir neçə nəfərə görə bütün məktəblərin qapadılması doğru qərar deyil. Uşaqlar onsuz da təhsildən yetəri qədər uzaq qalıblar. Epidemiya onsuz da yaxın zaman ərzində bitməyəcək. Bu gedişlə onda uşaqlar gərək təhsil görməsinlər. Profilaktik tədbirləri adekvat həyata keçirmək lazımdır”.

 



Загрузка...
Həmçinin oxuyun:
Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Azərbaycanda direktor koronavirusa yoluxdu: Daha iki məktəb bağlandı

Azərbaycanda direktor koronavirusa yoluxdu: Daha iki məktəb bağlandı

Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

Paytaxtda iki məktəb koronavirusa görə bağlandı

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Azərbaycanda neçə şagird koronavirusa yoluxub? – RƏSMİ

Azərbaycanda neçə şagird koronavirusa yoluxub? – RƏSMİ

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

I sinifə qəbul üçün alternativ qeydiyyat mərkəzləri yaradıldı

I sinifə qəbul üçün alternativ qeydiyyat mərkəzləri yaradıldı

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Paytaxtdakı 82 nömrəli məktəbdə ənənəvi dərslər bərpa olunur

Paytaxtdakı 82 nömrəli məktəbdə ənənəvi dərslər bərpa olunur