AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
01 mart 2021
1 126


Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq



Təhsilimizin müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq

 

Nadir İsrafilov: Valideynlərə tövsiyəm odur ki, ciddi narahatçılığa və nigarançılığa əsas yoxdur. Hər şey dövlətin və aidiyyatı qurumların nəzarəti altındadır

 "Ənənəvi tədrisin tam bərpası çoxlarının arzusudur. Əyani təhsilə qismən başladığımız bir neçə həftə ərzində 4-5 məktəbin bağlanması ümumilikdə məktəblərin bağlanacağı barədə hər hansı bir bədbin proqnoz verilməsi üçün tutarlı əsas ola bilməz. Nazirlik rəsmisinin də son açıqlamasını xatırlatsaq, məktəblərdə "COVID-19”-la bağlı vəziyyətə dair məlumat Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir.”

Bu fikirləri  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov  deyib.

Ekspertin sözlərinə görə, 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub.1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Bu yöluxma ilə bağlı elə də böyük rəqəm deyil, və bu yoluxmaları da bilavasitə məktəblə əlaqələndirməyin özü belə yanlış mövqedir.”

Nadir İsrafilov əlavə edib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir. Yəni, bu qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər.

Nazirin də xüsusi olaraq vurğuladığı kimi, qeyd olunan problemlərin qismən aradan qaldırılması və distant təhsil imkanlarından daha çox insanın faydalanması üçün Təhsil Nazirliyi davamlı olaraq, digər dövlət və özəl qurumları əməkdaşlığa dəvət edir və bərabər texnoloji imkanların yaradılması üçün mümkün dəstəyi göstərir. Koronavirus pandemiyası səbəbindən təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin distant təhsillə əvəz olunması həm müəllimlər, həm də şagirdlər və valideynlər üçün yeni bir şərait yaratdı. Müəllimlər ən müasir elektron sistemlərdən, platformalardan istifadə edərək onlayn dərslər təşkil etmək məcburiyyətində qaldılar: "Pandemiya təhsil sistemini nəzərə alınması vacib olan bir sıra çağırışlarla üz-üzə qoydu. Təhsil sistemin də daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin genişləndirilməsi bütün təhsil pillələrində distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin olunması kimi həlli vacib olan məsələlər meydana çıxdı.”

Həmsöhbətimiz qeyd edib ki, digər məsələ də ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir: "Bu gün bizim üçün əsas olan odur ki, cəmiyyət anlayış göstərərək, yeni şəraiti və yeni qaydaları obyektiv qiymətləndirsin, yaranmış çətinliklərlə təkcə biz deyil, dünyanın bütün ölkələrinin üzləşdiyini dərk etsinlər. Onu da qiymətləndirməmək olmaz ki, bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, pandemiyanın yaratdığı ağır fəsadları aradan qaldırmaq üçün dövlətimiz və əlaqədar qurumlar tərəfindən bütün mümkün ola biləcək imkanlardan maksimum dərəcədə istifadə olunur. Qərarların qəbul olunması zamanı aşkarlıq və şəffaflıq təmin olunur, əlaqədar qurumlarla müvafiq məsləhətləşmələr aparılır, ümumi ictimai rəy nəzərə alınır, müəyyən məsələlərə yanaşmada könüllülük prinsipinə yol verilir. Ən başlıcası isə, yaranmış vəziyyətlə əlaqədar bütün atılan addımlar əsasən maraqlı tərəflərin mənafeyinin mümkün dərəcədə nəzərə alınmasına yönəldilib.”

Ekspert bildirib ki, ümid edək ki, vəziyyət tədricən öz normal axarına düşəcək, təhsilimizi müvəqqəti üzləşdiyi problemlər tədricən və mərhələli şəkildə öz həllini tapacaq,  özündə klassik və yeni texnologiyaları birləşdirən alternativ təhsil – "Hibrid” adlandırdığımız təhsil vəziyyətdən asılı olaraq, təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqla davam edəcək. Hər şey zamana bağlıdır, pndemiyanın inkişafı və ya səngiməsi ilə əlaqədardır. Valideynlərə isə tövsiyəm odur ki, hər hansı bir ciddi narahatçılığa və nigarançılığa əsas yoxdur. Hər şey dövlətin və aidiyyatı qurumların nəzarəti altındadır. Vəziyyətlə bağlı bütün mövcud imkanlardan istifadə olunub və yeni yarana biləcək şəraitə uyğun müvafiq qaydalar tətbiq ediləcək.



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

Nadir İsrafilov-Müəllimlərimiz üç cəbhədə mübarizə aparıb

Azərbaycanda neçə şagird koronavirusa yoluxub? – RƏSMİ

Azərbaycanda neçə şagird koronavirusa yoluxub? – RƏSMİ

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Nadir İsrafilov-Elə edək ki, növbəti həftələrdə, növbəti mərhələlərə adımlamaq şansımız olsun.

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

1 fevraldan bu sahələrin fəaliyyətinə icazə veriləcək – AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

Nadir İsrafilov: "Müəyyən edilmiş tələblər gözlənilməklə, şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur"

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Erməni  vandalizminin  təhsilimizə  vurduğu  ziyan  pandemiyanın  törətdiyi  fəsadlardan  az deyil...

Erməni vandalizminin təhsilimizə vurduğu ziyan pandemiyanın törətdiyi fəsadlardan az deyil...

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Nadir İsrafilov: “Bu hal hər hansı bir panika və ajiotaj yaradılması üçün yetərli sayıla bilməz”

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

"Təhsilimizin ayaq üstə saxlanılması üçün mümkün olan nə lazımdırsa edilib"–Nadir İsrafilov

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Ekspertin nazirin fikirlərinə münasibəti ...

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Nadir İsrafilov : "Yəqin ki, I yarımilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək"

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Həqiqətən də məktəblər açılırmı və bundan sonra əyani təhsilin davamlı olacağına ümid etmək olarmı?

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Pandemiya mövzusunda ilk dərslər keçirilib

Təhsil Nazirliyinin müraciəti

Təhsil Nazirliyinin müraciəti

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək