Bağçalar fəaliyyətini davam etdirəcək-RƏSMi
"Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək".
Aztehsil.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində canlı yayımda bildirib.
O deyib ki, bağçalarda distant təhsil mümkün deyil:
"Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər.