Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir
Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməməsi və ya əhatəlilliyin arzuolunan səviyyədə olmamasının səbəblərini araşdırılıb.
Aztəhsil.com xəbər verir ki, Azərbaycanda 1991-ci ildən 2016-cı ilədək məktəbəqədər təhsil müəssisələrinin sayı 2185-dən 1722-ə düşüb. Onlardan 1004 müəssisə şəhərlərin və yalnız 718 müəssisə rayonların payına düşür.
Xüsusilə Bakıda məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər uşaqbaşına sayı üçün azlıq təşkil edir:
"Buna baxmayaraq, hər il yeni özəl bağçalar da fəaliyyətə başlayır. 2016-cı ilin yanvar ayı üçün 66 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Lakin özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağçalarda 600-700 manat təşkil edir. Bir çox ailələrin isə aylıq bu ödənişi etmək imkanı olmur”.
Onu da qeyd edək ki, 2016-cı ilin məlumatına əsasən məktəbəqədər təhsil müəssisələrinin 32%-də (1683 ailə) məcburi köçkün və qaçqın ailələri yaşayır:
"Bu da onsuz da sayı az olan məktəbəqədər təhsil müəssisələrinin təxminən üçdə birinin öz təyinatına uyğun istifadəsinə mane olur və beləcə ailələrin yaşadığı əraziyə yaxın məktəbəqədər təhsil müəəssisəsi tapmasına çətinlik yaradır”.