AzTehsil.com


Xəbərlər
13 fevral 2021
2 294


Ən xeyirli otaq bitkiləri



Ən xeyirli otaq bitkiləri

 

Ən xeyirli otaq bitkiləri

Müasir insan meqapolislərdə və hündür mərtəbəli binalarda yaşadığı üçün təbiətdən nisbətən uzaq düşür. Buna baxmayaraq insanla təbiət arasında güclü əlaqə var. Bəlkə də, buna görə bir çoxları evlərini otaq bitkiləri ilə bəzəməyi sevirlər. Lakin təbiəti sevmək bəs etmir, onu həm yaxından tanımaq da lazımdır. Belə ki, təbiətdə xeyirli olması ilə yanaşı  zərərli bir sıra bitkilər də mövcuddur. Gözəlliyinə aldanaraq evinizdə saxladığınız və qayğısına qaldığınız bitkilər sizin "düşməninizə” çevrilə bilər. Onu da qeyd edək ki, otaq bitkilərinin heç də hamısı zərərli deyil.
 
Əksinə söyləyə bilərik ki, onlar bizə daha çox xeyir verirlər. Bəzilərini isə hətta evdə saxlamaq vacibdir. 
  
 Xlorofitum - Bu bitki havada olan kükürd, azot birləşmələri, toksik maddələri udaraq havanı təmizləmək qabiliyyətinə malikdir. Belə ki, bir böyük xlorofitum bitkisi 3 kv.m sahənin havasını təmizləyə bilir.  
 
Xamedoreya - Avtomagistral kənarında yerləşən evlərdə bu bitkini yetişdirmək yerinə düşərdi. Çünki, xamedoreya avtomobil mühərriklərindən ayrılan benzol və etilen qazlarını özünə hopdurmaq qabiliyyətinə malikdir. 
 
Fikus -  Toksinləri tutur, havanı oksigenlə zənginləşdirir və hətta nəmləndirir. Bundan əlavə, fikus havada olan zərərli mikroorqanizmləri öldürmək qabiliyyətinə malik olan fitonsid ifraz edir. Bitkinin enli yarpaqları tozu tutub saxlayır. Fikus bitkisi böyük otaqlar, mətbəx və yaxşı havalandırılan məkanlar üçün daha uyğundur. 
 
Sansevieriya - Bol miqdarda oksigen ifraz edən otaq bitkilərindəndir. Bundan əlavə bu bitki linoleum və digər sintetik materiallardan ayrılan maddələri neytrallaşdırmaq qabiliyyətinə malikdirlər. Onun ən əsas xüsusiyyəti isə insanın immunitetini yüksəltməsidir. Otağı istənilən yerinə qoymaq olar. 
 
Aloe – Öz antibakterial xüsusiyyətləri ilə fərqlənir. Aloenin yarpaqları yanıq və iltihabı proseslərdə çox faydalıdır. Bitkinin şirəsi immuniteti qaldırır, iştahanı açır, həzm prosesini normaya salır, zədələnmiş toxumaları bərpa edir. Bu bitki yataq otağı üçün ən yaxşı variant hesab oluna bilər. Səbəbi isə digər bitkilərdən fərqli olaraq gecələr də oksigen sintez etməsidir. 
 
Ətirşah - Daha yaxşı olar ki, yataq otağında saxlayasız. Çünki bu bitkinin sintez etdiyi maddələr insana sakitləşdirici və yuxugətirici təsir göstərir. Həmçinin bitkinin ifraz etdiyi bioloji aktiv maddələr stafilakok, streptokok kimi mikrobları öldürür, otağın havasını dezinfeksiya edir, həşəratları qaçırır.  Məhz bu xüsusiyyətinə görə hətta mətbəxdə də ətirşah bitkisini saxlamaq olar. Əsasən də, bu bitki nəmişliyi və dəm qazını özünə hopduraraq otağa xoş ətir yayır. 
 




Загрузка...