Xəbərlər / Qəhramanlarımız
07 fevral 2021
1 222

Mübariz İbrahimovun atası: “Bu il qəhrəmanın doğum günü fərqli qeyd edilir”

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.

"Report”un məlumatına görə, tədbirlərdən biri qəhrəmanın ata ocağında, Əliabad kəndindəki evində baş tutub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Milli Qəhrəmanın evi ziyarət edilib, ailəsi ilə görüş keçirilib.
 
Tədbir iştirakçıları görüş zamanı Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar: "Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük igidlik, mübarizlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübariz ölümün gözünə dik baxaraq Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirib”.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Bu il ötən illərdən fərqli olaraq qəhrəmanın doğum günü Zəfər günündən sonra qeyd edilir. Bu da bizdə əlavə olaraq sevinc hissi yaradır”.

Ziyarətçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar.

Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlərə dünən rayonun bir sıra müəssisələrində və digər idarələrdə start verilib.
 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub

“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata oldu - VİDEO

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

"Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirəm..." - İbtidai sinif müəllimindən maraqlı flaşmob - VİDEO

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

Universitetdə Milli Qəhrəman Çingiz Qurbanovun  adına təqaüd təsis edildi

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

“Qisas” adlı hekayədə onun intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirilib

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Mübariz İbrahimovun adını daşıyan lisey yenə birinci oldu

Samuxda güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

Tələbələr Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Şəhid Ağaəli Əliyevin doğum günü qeyd edilib

Mübariz Mənsimov 150 azərbaycanlı tələbəyə təqaüd verəcək

"Polad kimi Mübariz qəhrəmanlar" adlı məqalə müsabiqəsinə  start verildi.

Məktəb direktoru iş başında infarkt keçirdi

İlham Əliyev Milli Qəhrəmanın adını daşıyan məktəbin açılışında

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Cəlilabadda şagirdin döyülməsi ilə bağlı direktor əvəzi işdən çıxarıldı

Məktəb direktorlarından biri öldü, digəri intihar etdi - Göyçay rayon Təhsil şöbəsindən AÇIQLAMA

Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri