AzTehsil.com


Xəbərlər / Şagird
21 sentyabr 2020
720


Öyrənmək yanğısı



Öyrənmək yanğısı

 

İndoneziyalı şagirdlər pulsuz wi-fi girişi üçün plastik tullantılarla ticarət edirlər

Evdə internet çıxışı olmayan cakartalı şagirdlər (İndoneziya) uzaqdan təhsil ala bilmək naminə pulsuz wi-fi girişi əldə etmək üçün plastik tullantılar toplayırlar.  COVID-19 pandemiyası səbəbindən mart ayından  məktəblər bağlandığından milyonlarla indoneziyalı şagird uzaqdan öyrənmək məcburiyyətində qalıb.

Koronavirus pandemiyası İndoneziya məktəblərini bağlamağa məcbur etdikdə məlum oldu ki, Cənub-Şərqi Asiya ölkəsindəki milyonlarla ailənin internet çıxışı yoxdur. Hətta mobil telefon  kimi bir cihazla uzaqdan öyrənmə imkanı da mümkün deyil…  

Beləliklə, məktəblilər  və könüllülər problemi həll etmək üçün yaradıcı yollar tapdılar.  Son iki ay ərzində 15 yaşlı Dimas Əvər Putra və onun bir dostu  Cakarta rayonunda plastik zibil topladılar və bunun qarşılığında  internetə çıxış əldə etdilər.

Evdə internetə çıxışı olmayan, iki tələbəyə bir kiloqram (2,2 funt) plastik tullantı  toplamaq lazımdır  ki, onlar həftədə üç dəfə , təxminən üç saat ərzində online təlimlə məşğul ola bilsinlər.

"Zibil yığmaq mənim üçün bir xeyriyyəçilik kimidir və bunun xaricində pulsuz internet məlumatları da əldə edirik", -deyə Dimas bildirir.
Wi-Fi stansiyası Linga Solixina məxsusdur, o, şagirdlər tərəfindən yığılmış plastik tullantıları satmaqla məşğuldur və  ayda 340 000 rupi ($22) müqabilində şagirdlərin kiçik qruplarına öyrənmə imkanı verir.

"Problem ayın sonuna qədər internet məlumatlarının tükənməsindədir ... və onlar daha öyrənə bilməyəcəklər",- deyə Linga bildirir.

Cakartanın təxminən 80 km (50 mil) cənubundakı Bogor yaxınlığındakı bir   bölgədə könüllülər şagirdlərin internetdən istifadə edə bilməsi üçün birhəftəlik mobil şəbəkə verici ilə təchiz olunmuş avtomobili ucqar kəndlərə gətirirlər. "Məktəb Könüllüləri" şagirdlərə  noutbuk və mobil telefonlar təqdim edir.

"Onlayn təhsil problemi ondan ibarətdir ki, mən telefondan nadir hallarda istifadə edirəm, öz telefonumu valideynlərimlə bölüşürəm", - 14 yaşlı Dafa Mahes Sudirman bildirib. O,  təxminən 30 başqa məktəbli ilə birlikdə öz kəndlərindəki  taxta sarayda onlayn təhsil almaq şansından istifadə edir.

İndoneziyanın İnternet Xidmət Təchizatçıları Birliyinə görə, 2019-cu ilin ortalarında ölkənin , təqribən 60 milyon ev təsərrüfatından yalnız altıdan birinin internet bağlantısı olub.



Загрузка...
Həmçinin oxuyun:
Ən populyar mobil brauzer məlum oldu

Ən populyar mobil brauzer məlum oldu

Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

Azərbaycanın bu bölgəsindəki şagirdlər internetə az maraq göstərirlər

Azərbaycanın bu bölgəsindəki şagirdlər internetə az maraq göstərirlər

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

Britaniyalı məktəblilər tədris ilini başa çatdıra bilmirlər

Britaniyalı məktəblilər tədris ilini başa çatdıra bilmirlər

Bu şəxslər pulsuz internetlə təmin oluna bilər — RƏSMİ AÇIQLAMA

Bu şəxslər pulsuz internetlə təmin oluna bilər — RƏSMİ AÇIQLAMA

"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Abituriyentlərin nəzərinə .

Abituriyentlərin nəzərinə .

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Bərabərlik və inklüzivlik naminə

Bərabərlik və inklüzivlik naminə

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK

Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

Nazirdən “Virtual məktəb”ə qoşulan müəllimlərə şad xəbər

Nazirdən “Virtual məktəb”ə qoşulan müəllimlərə şad xəbər

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab