AzTehsil.com


Xəbərlər / Müəllim
23 may 2020
2 505


"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu



"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

 

"Azercell” şirkətinin sosial izolyasiya şəraitində onlayn tədris verən müəllimlərə təqdim etdiyi hədiyyə internet paketi narazılıqlara səbəb olub.

Müəllimlər sözügedən paketin cəmi 4 günlük istifadəyə güclə çatdığını, üstəlik, internetin zəif olduğunu bildiriblər.

Cəlilabad rayonu Alar kənd 2 saylı tam orta məktəbinin riyaziyyat-fizika müəllimi Elçin Abbasov "Azercell”in bu hədiyyəsinin sadəcə, reklam xarakteri daşıdığını bildirib:

"Bu çətin dönəmdə onlayn dərslər birbaşa sürətli internetlə baş tutur. "Virtual məktəb" layihəsi çərçivəsində "Azercell” gözdən pərdə asmaq kimi müəyyən şərtlər daxilində müəllimlərə 5 gb internet paketi hədiyyə etdi. Lakin şərtləri anormal idi. Deməli, mən həftəiçi 5 dəfə, hər gün 3 saat olmaqla onlayn dərs keçirəm. İnternet xəttimiz olmadığına görə (bu da bir ayrı mövzudur. 14-15 ildir ev telefonu çəkdirdiyimizə baxmayaraq bizi internet xəttiylə təmin etmirlər. Dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyimizə baxmayaraq məsələ həllini tapmır. Evdə iki müəllim və iki məktəbli internetsizlikdən əziyyət çəkirik) "Azercell”dən 50 gb paket götürürəm. Əvvəllər bu paket rahatlıqla bir aya çatırdı. İndi onlayn dərslər keçdiyimizə görə 50 gb bəs etmir, ayda iki dəfə bu paketi götürürəm ki, bu da bir aya 60 manata başa gəlir. Hələ "Azercell”in zəif sürətindən danışmıram. 40 dəqiqəlik dərsi güclə başa vururuq. "Virtual məktəb"dən qeydiyyatdan keçdiyimə görə "Azercell”dən mənə zəng gəldi ki, 5 gb hədiyyə paket verməyimiz üçün ya mövcud paketi ləğv edin, ya da bitəndən sonra bizə xəbər verin pay paketini yükləyək. Mövcud 50 gb paketim bitəndən sonra xəbər verdim, 16 mayda mənə 5 gb verildi. 4 gün keçdikdən sonra, yəni bu gün paket bitdi. Şərt ondan ibarətdir ki, əgər mən ay başa çatmamış digər paket yükləsəm, mənə növbəti ay pay paket verilməyəcək. Bunu hansı ağılla düşünüblər, bilmirəm. Sizin verdiyiniz paket cəmi 4 gün çəkirsə, bəs mən paket götürməsəm, növbəti 26 gün necə dərs keçəcəyəm? Götürsəm də siz növbəti 5 gb payı verməyəcəksiniz. Belə çıxır ki, "Azercell” "paket hədiyyəsi" hoqqasını müəllimlərə kömək etmək niyyətiylə deyil, özlərinin reklamı və müəllim müştərilərini ələ salmaq üçün çıxarıb”.

Bakı şəhəri 312 nömrəli tam orta məktəbinin müəllimi Şövqi Cəbiyev də "MediaPost"a açıqlamasında "Azercell”in təqdim etdiyi paketlərin miqdarının azlığından və sürətindən gileylənib:

""Azercell”in müəllimlər üçün paketləri təqdim etməzdən əvvəl biz belə bir kampaniyanın şagirdlər üçün təşkil edilməsini istəyirdik. Çünki biz müəllimlər cibimizdən pul verib paket alsaq da, hər şagirdin belə bir imkanı yoxdur. Bir müddət keçəndən sonra "Azercell”in 5 gb paketi müəllimlərin balansına yükləndi. Çox təəssüf ki, verilən internetin sürəti həddindən artıq aşağıdır. Gecələr bir az sürət artsa da, artıq o vaxt dərs keçmək olmur.

Buna görə də ev şəraitində olanda digər internet provayderlərdən istifadə edirəm. Bu paket heç həyətdə də tutmur, normal şəkildə istifadə etmək mümkün deyil. Hələ Bakı şəhərinə bu belədirsə, görün rayonlarda sürət nə vəziyyətdədir.

Həmin paketdən bir dəfə istifadə edərək dərsə qoşuldum, onda da normal işləmədi. Üstəlik, əlavə paketdən istifadə etmək istəsək, hədiyyə verilən 5 gb ləğv olunacaq. 5 gb-la müəllim nə edə bilər? Bu paketi maksimum bir neçə gün işlətmək olar. İnternet paketin miqdarı bu qədər azdırsa, bunun üçün əlavə şərt qoşmaq lazım deyil. İnternet bitəndən sonra məcbur oluram ki, əlavə internet götürüm. O halda da ikinci 5 gb ümumiyyətlə gəlməyəcək. Heç olmasa, bu paketi başqasına göndərmək mümkün olsaydı, şagirdlərə göndərdik ki, onlar istifadə etsin. Çünki interneti olmayan çox sayda şagird var”.

"Azercell”dən "MediaPost"un sorğusuna cavab olaraq müəllimlərə "Gecə” paketi təklif edilib:

"Mövcud olan 5 gb hədiyyə internet paketinin növbəti yenilənmə tarixinə qədər, həmçinin, digər limitsiz olan saatlıq (1 saat və ya 3 saat) müddətinə, "Gecə" və ya "Həftəsonu" paketlərindən birini aktiv etmək mümkündür və bu zaman nömrədə olan 5 gb hədiyyə paketi ləğv edilməyəcək”. kazus.az 



Загрузка...
Həmçinin oxuyun:
Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

“Azercell”dən  tələbələrə dəstək

“Azercell”dən tələbələrə dəstək

Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

Şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi ilə müraciət ünvanlanıb – Cəsarət Valehov

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

Nazirdən “Virtual məktəb”ə qoşulan müəllimlərə şad xəbər

Nazirdən “Virtual məktəb”ə qoşulan müəllimlərə şad xəbər

Tez-tez istifadə etdiyiniz bu ərzaq məhsulu ölüm mənbəyidir

Tez-tez istifadə etdiyiniz bu ərzaq məhsulu ölüm mənbəyidir

Bu şəxslər pulsuz internetlə təmin oluna bilər — RƏSMİ AÇIQLAMA

Bu şəxslər pulsuz internetlə təmin oluna bilər — RƏSMİ AÇIQLAMA

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

İnformatika Olimpiadasının qalibləri belə mükafatlandırıldı

İnformatika Olimpiadasının qalibləri belə mükafatlandırıldı

Abituriyentlərin nəzərinə .

Abituriyentlərin nəzərinə .

Onlayn təhsildən geri qalan müəllimlərə necə yardım göstərilə bilər?

Onlayn təhsildən geri qalan müəllimlərə necə yardım göstərilə bilər?

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Növbəti ildən dərslər saat 9-da başlayacaq? - Nazirlikdən reaksiya

Sınaq imtahanının nəticələri açıqlanıb

Sınaq imtahanının nəticələri açıqlanıb

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Müəllim onlayn müsahibəyə qatılmaq üçün dağın başına çıxdı - VİDEO

Yaşar Kazımov Repititor müəllimlərə səsləndi

Yaşar Kazımov Repititor müəllimlərə səsləndi

Məktəblilərə siqaret satılır - Video

Məktəblilərə siqaret satılır - Video

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?