Xəbərlər / Abituriyent
27 avqust 2020
2 891


UFAZ-ın bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb

UFAZ-ın bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2020/2021-ci tədris ili üzrə bakalavr proqramına qəbul başlayır.

Universitetin daxili imtahanına qeydiyyat avqustun 29-dan sentyabrın 4-dək onlayn şəkildə  aparılacaq.  

Ali məktəbdən  bildirilib ki, imtahan sentyabrın 7-də saat 11:00-da UFAZ-ın əsas binasında olacaq. İmtahan koronavirus (COVID-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, eləcə də imtahanın təşkili üçün nəzərdə tutulan bütün otaqlarda maksimum 10-12 nəfərin yerləşdirilməsi, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərti ilə keçiriləcək. Tarixlərlə bağlı ətraflı məlumatlar UFAZ-ın səhifəsində qeyd olunub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən azı 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər. Daxili imtahan Azərbaycan və rus bölmələrinin məzunları üçün müvafiq olaraq Azərbaycan və rus dillərində aparılır.

Daxili imtahan test suallarından ibarətdir və bu mövzuları əhatə edir: fizika (10 sual) 20 bal, kimya (10 sual ) 20 bal, riyaziyyat (10 sual ) 20 bal, ümumi elmi biliklər (10 sual) 20 bal, ingilis dili (çalışma + esse ) 20 bal. İmtahan sual nümunələri ilə UFAZ-ın saytından tanış olmaq olar.

UFAZ 4 ixtisas üzrə hər il dövlət sifarişli 120 yer, ödənişli əsaslarla isə 40 yer təklif edir. UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ödənişsiz və ödənişli yerlər təklif olunur. İmtahan nəticələrinin sıralamaları zamanı DİM-in təşkil etdiyi imtahanda toplanılmış nəticələr deyil, yalnız cari ildə UFAZ-a qəbul imtahanının nəticələri nəzərə alınır.

Bakalavr proqramı üçün nəzərdə tutulan ixtisaslar bunlardır: kompüter elmləri, neft və qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika və geologiya mühəndisliyi.

Daxili imtahanda uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir. İmtahandan keçən abituriyentlər qeydiyyatdan keçdikdən və UFAZ tələbəsi adı qazandıqdan sonra DİM kodlaşdırmasında iştirak etmək hüququnu itirirlər.

Bildirilib ki, qeydiyyat və imtahan tarixləri DİM-in nəticələri elan etməsinə uyğun dəyişdirilə və ya uzadıla bilər.

Maraqlananlar əlavə məlumatı https://www.ufaz.az/az/about-us/faq/ saytı, (+ 994 12) 599 00 94 telefon nömrəsi və [email protected] poçt ünvanı, həmçinin "Facebook” və "Instagram” sosial media hesablarından əldə edə bilərlər.

 

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahanın yeni tarixləri

UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahanın yeni tarixləri

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

UFAZ tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

UFAZ tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

7 abituriyent 700 bal topladı - 31 nəfərin nəticələri ləğv edildi, 630 nəfər imtahana gəlmədi

7 abituriyent 700 bal topladı - 31 nəfərin nəticələri ləğv edildi, 630 nəfər imtahana gəlmədi

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

DİM abituriyentlərə MÜRACİƏT ETDİ

DİM abituriyentlərə MÜRACİƏT ETDİ

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb