AzTehsil.com


Xəbərlər
12 may 2020
1 475


UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahanın yeni tarixləri



 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinə sənəd qəbulu və imtahan tarixi dəyişdirilib.

UFAZ-dan bildirilib ki, sənədlərin qəbulu üçün son tarix mayın 17-sidir, daxili imtahan isə iyunun 8-nə keçirilib. Mövcud şəraitdə universitetlər distant formada fəaliyyət göstərdiyi üçün tələbələrin transkript əldə etməkdə çətinlik çəkdikləri də nəzərə alınıb və  sənəd qəbulu zamanı transkriptin mütləq təqdim olunması şərti aradan qaldırılaraq imtahan gününə qədər təqdim edilməsinə icazə verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 60-dan yuxarı bal toplayanlar UFAZ-ın ikinci daxili imtahanında iştirak edə bilərlər. İngilis dilində baş tutacaq daxili imtahan Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunur və UFAZ-a qəbul yalnız bu imtahan nəticələrinə (DİM nəticələri nəzərə alınmır) əsaslanır.

Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölmələri) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. Tələbələr nəticələrini iyunun 8-dək təqdim edə bilərlər.

UFAZ-a qəbul imtahanı iyunun 8-də seçilmiş magistr ixtisasları üzrə həyata keçiriləcək. Kimya mühəndisliyi, fiziki kimya, tətbiqi kompüter elmləri (böyük verilənlər bazası və süni intellekt), yer elmləri magistratura proqramı üçün nəzərdə tutulan ixtisaslardır.

Bildirilib ki, magistratura proqramı üçün, ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-a magistraturaya qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.



Загрузка...
Həmçinin oxuyun:
UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramının təqdimatı olub

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Müsabiqə şərtləri

Müsabiqə şərtləri

Sənəd qəbulu bu tarixlərdə aparılacaq

Sənəd qəbulu bu tarixlərdə aparılacaq

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya proqram seçimi başladı - Qaydalar