Xəbərlər / Abituriyent
10 avqust 2020
1 603


Qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

Qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

 

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM)   verilən məlumata görə, abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün avqustun 18-i saat 23:59-dək http://eservices.dim.gov.az/erizetex/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. DİM orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:

– Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;

– Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları istisna olmaqla);

– Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarına;

– Naxçıvan Musiqi Kollecinin xanəndəlik, vokal sənəti, aşıq sənəti, xoreoqrafiya sənəti və rəngkarlıq ixtisaslarına;

– Digər orta ixtisas təhsili müəssisələrinin xanəndəlik və vokal sənəti ixtisaslarına.

Xatırladaq ki, bir müddət əvvəl DİM orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

"Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu nəşrdə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının "Elektron xidmətlər” bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal ).

Xatırladaq ki, abituriyentlərin qeydiyyatı iyulun 24-dən başlayıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

Qabiliyyət imtahanlarında iştirak avqustun 3-dək davam edəcək

Qabiliyyət imtahanlarında iştirak avqustun 3-dək davam edəcək

Dövlət İmtahan Mərkəzi abituriyentlərə daha bir müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə daha bir müraciət etdi

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat müddəti uzadılıb

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat müddəti uzadılıb

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

Qabiliyyət imtahanı üçün müsabiqə şərtləri açıqlandı

Qabiliyyət imtahanı üçün müsabiqə şərtləri açıqlandı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək

Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

V ixtisas qrupu üzrə müsabiqə şərtləri - Minimal ballar

V ixtisas qrupu üzrə müsabiqə şərtləri - Minimal ballar

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul qaydalarında edilən dəyişikliyin məzmunu

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul qaydalarında edilən dəyişikliyin məzmunu

DİM bu abituriyentlərin nəticələrini araşdıracaq

DİM bu abituriyentlərin nəticələrini araşdıracaq

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balları

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balları

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

"Abituriyent" jurnalının xüsusi buraxılışını DİM-in saytından əldə edə bilərsiniz

"Abituriyent" jurnalının xüsusi buraxılışını DİM-in saytından əldə edə bilərsiniz

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

“Abituriyent” jurnalının xüsusi buraxılışı çapdan çıxdı

“Abituriyent” jurnalının xüsusi buraxılışı çapdan çıxdı

İlin sonunadək keçiriləcək bütün imtahanların dəqiq tarixləri

İlin sonunadək keçiriləcək bütün imtahanların dəqiq tarixləri

İmtahanlara dəyişikliklər edilib

İmtahanlara dəyişikliklər edilib

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

“Musiqi sənəti” istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə

“Musiqi sənəti” istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə