Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA
Təhsil Nazirliyi və aidiyyatı qurumlar tərəfindən orta məktəblərdə tədrisin bərpası məsələsinə baxılır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, bununla bağlı xarici ölkələrin təcrübələri öyrənilir:
"Təhsil Nazirliyi tərəfindən də təkliflər daxil olmaqdadır. Yekun bir qərar olduqda ictaimiyyətə məlumat veriləcək".