AzTehsil.com


Xəbərlər / Müəllim
23 iyul 2020
4 567


Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA



 

Azərbaycanda dərslərin sentyabrın 15-i başlayacağı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda hazırda sərt karantin rejimi avqustun 5-nə kimi, bütün Azərbaycan üzrə isə ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Əgər karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi?

Bununla bağlı  danışan deputat Ceyhun Məmmədov bildirib ki, əgər hansısa çox ciddi bir səbəb olmasa, qarşıdan gələn tədris ilində dərslərin ənənəvi qaydada keçirilməsi planlaşdırılır:

"Əgər pandemiya ilə bağlı vəziyyət stabilləşməsə, dərslərin onlayn qaydada keçirilməsinə baxıla bilər. Bu, daha çox pandemiya ilə bağlı vəziyyətin stabilləşməsindən asılıdır. Hazırda temp aşağı düşməkdə davam edir. Prinsip etibarı ilə getdikcə nəticələrimiz daha müsbət olmalıdır. Qeyd etməliyik ki, ötən tədris ilində dərslərin onlayn qaydada davam etməsi məktəblərimiz üçün müəyyən çətinliklər yaratsa da burada başqa alternativ yoxdur. Özümüzü və yaxınlarımızı qorumaq, milli təhlükəsizliyimizi təmin etmək üçün zəruri addımlar mütləq atılmalıdır. Vətəndaşların sağlamlığı hər şeydən üstündür”.

Deputat qeyd edib ki, bu gün bu məsələ müxtəlif dünya ölkələrində də geniş müzakirə olunur, müxtəlif həll yolları nəzərdən keçirilir: "Azərbaycan bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsini öyrənir, öz yanaşmasını formalaşdırır. Artıq müəyyən irəliləyişlər var. Bildiyiniz kimi, bu məsələ cənab Prezidentin də bilavasitə nəzarətindədir. Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə də cənab Prezident bu məsələyə xüsusilə toxundu. Distant təhsilin əhəmiyyətindən bəhs edərək aidiyyəti strukturlara müvafiq tapşırıqlar verdi. Hesab edirəm ki, bu işin də öhdəsindən dövlətimiz qısa müddətdə uğurla gələcək. Onu da xüsusi qeyd edək ki, burada vətəndaşlarımızın da üzərinə ciddi vəzifələr düşür. Dövlət üzərinə düşəni edir və edəcək. Vətəndaşların böyük əksəriyyəti də qaydalara əməl edir. Ancaq yenə də az sayda olsa da bəzi vətəndaşlarımızın karantin rejimi qaydalarına əməl etmədiyinin şahidi oluruq. Pandemiya təhlükəsinin sovuşması bilavasitə bizim nə qədər məsuliyyətli olmağımızdan asılıdır. Əgər özümüzü və yaxınlarımızı qorusaq, bəla başımızn üstündən tezliklə gedəcək. Əgər qorumasaq, hələ bir müddət bu qaydada çətinliklərimiz və həyatımız davam edəcək”.KONKRET.az 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Sərt karantin rejimi müəllimlərin işə qəbulu imtahanını təxirə sala bilərmi?-AÇIQLAMA

Sərt karantin rejimi müəllimlərin işə qəbulu imtahanını təxirə sala bilərmi?-AÇIQLAMA

Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub

Xüsusi karantin rejimi iki həftə uzadıla bilər - RƏSMİ + VİDEO

Xüsusi karantin rejimi iki həftə uzadıla bilər - RƏSMİ + VİDEO

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Azərbaycanda məhdudiyyətlər yaya qədər davam edəcək – AÇIQLAMA

Azərbaycanda məhdudiyyətlər yaya qədər davam edəcək – AÇIQLAMA

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ

Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

Karantin rejimi ləğv olunmalıdır - Adil Qeybulla

Karantin rejimi ləğv olunmalıdır - Adil Qeybulla

Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? - Rəsmi AÇIQLAMA

Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? - Rəsmi AÇIQLAMA

31 may tarixindən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA

31 may tarixindən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Bu həftəsonu sərt karantin rejimi tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA

Bu həftəsonu sərt karantin rejimi tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq -RƏSMİ

Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq -RƏSMİ

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

Rektor: Karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur

Rektor: Karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur

Baş nazir karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Baş nazir karantin rejimi ilə bağlı QƏRAR VERDİ

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..