AzTehsil.com


Xəbərlər / Yazarlar / Ziyalılar
17 may 2020
9 048


“Ümumdünya hörümçək toru”nun yaranma tarixindən...



“Ümumdünya  hörümçək toru”nun yaranma  tarixindən...

 

 Hər il may ayının 17-si Ümumdünya İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur 

Bəllidir ki, WWW (World Wide Web) – "Ümumdünya hörümçək toru” deməkdir. Internet adlanan bu "tor” bəşəriyyətin son 100 ildə milyardlarla insanı külli miqdarda informasiya ətrafında bir araya gətirən ən mühüm kəşfidir. Amma onun yaradıcılarından biri, britaniyalı proqramçı Tim Berners-Li öz yetirməsinin taleyindən narahatdır.

Rəqəmsal dövrün bir çox dahiləri kompüterlər barədə heç bir anlayışları olmadan fəaliyyətə sıfırdan başladıqları halda, Tim Berners-Linin bəxti demək olar ki, gətirmişdir. 1955-ci ilin 8 iyununda onu dünyaya gətirmiş valideynlərinin hər ikisi ilk elektron kompüterlərdən biri olan Mark I-in quraşdırılmasında iştirak etmiş görkəmli riyaziyyatçılar idilər. Sözsüz ki, bu gün texnikanın bu möcüzəsinə baxdıqda çətin ki, onu kompüter kimi görə biləsən - Mark I on minlərlə sayrışan elektron lampadan ibarət nəhəng bir otaq həcmində qurğu idi. Amma fakt budur ki, Tim Berners-Li öz ailəsindən texnika və elektronikaya dair az məlumat əldə etməmişdir. 

O, ilk kompüterini 1975-ci ildə, Oksfordun Kuinz-kollecində təhsil aldığı dövrdə yararsız vəziyyətdə olan köhnə televizordan və təzə Motorola 6800 prosessorundan isyifadə etməklə quraşdırmışdır. Kolleci fizika üzrə bakalavr fərqlənmə diplomu ilə bitirmiş Tim Berners-Li həytında heç zaman fizika ilə məşğul olmamış, yalnız proqramlaşdırma sahəsində fəaliyyət göstərmişdir. Nüvə tədqiqatları üzrə nüfuzlu Avropa təşkilatı olan CERN şirkətində işlədiyi zaman ümumdünya "hörümçək toru”nun yaradılması barədə düşünür.

Tim Berners-Li ilk növbədə elektron "qeydlər kitabçası” kimi sənədlərin məlumatlar bazası ilə mübadiləsi sistemi olan Enquire proqramını hazırlayır, iki il sonra FASTBUS proqramı üzərində çalışır. Vaxta qənaət etməklə digər kompüterlərdəki funksiyalara məsafədən müraciət etmək imkanı verən proqram tərtib edir. Nəticədə çox sayda kompüterləri bir araya gətirməklə məlumatlar mübadiləsinə imkan yaradan vahid şəbəkə meydana çıxır. Bləliklə, 30 il əvvəl gənc proqramçı Tim Berners-Li İnternet adlı "Ümumdünya hörümçək toru”nun əsasını qoyur.
1991-ci ildə Berners-Li dünyada ilk veb-serveri və veb-saytı yaratmaqla ümumi istifadə üçün ən sadə brauzerin müəllifi olur. Sonralar meydana gəlmiş onlarla brauzer əvvəlcə Netscape Navigator, sonra da Microsoft İnternet Expiorer əməliyyat sistemlərini kölgədə qoyur, Windows isə İnternetdən ən çox bəhrələnmiş əməliyyat sisteminə çevrilir. Hər il onun vasitəsilə milyonlarla yeni istifadəçi "Ümumdünya hörümçək toru”na düşmüş olurlar.

Bill Qeyts və ya Cobs kimi digər bir şəxs bu cür möhtəşəm ideya ətrafında öz şəxsi korporasiyasını yaratmaq, gələcək ixtiralarını patentləşdirməklə dünyanın ən varlı insanlarının onluğuna düşmək şansını əldən verməzdi. Və onun İnternet yaradıcısı kimi buna tam haqqı da olardı. Amma bəşəriyyətə bəxş etdiyi möcüzənin mahiyyətini və əhəmiyyətini dərk edən Tim Berners-Li qurduğu Şəbəkənin yalnız hər bir kəs üçün azad və əlçatan olmasını istəmişdir. Faktiki olaraq təsadüf nəticəsində yaranmış İnternetin müəllifi onun hər hansı bir meqakorporasiyanın və ya hər hansı bir dövlətin mülkiyyətinə keçməsinin qəti əleyhinə idi. Bu məqsədlə o, 1994-cü ildə İnternet standartlarını nəzarətdə saxlayan və inkişaf etdirən "Ümumdünya hörümçək toru” Konsorsiumunu yaradır. Təşkilat onun əvəzolunmaz rəhbərliyi altında bu günə kimi fəaliyyətdədir. 

Bəli, İnternet hər hansı bir dövlətin və ya şirkətin girovuna çevrilməmişdir, amma onun əksər serverləri ABŞ ərazisində yerləşir, Facebook və Google kimi kompaniyalar istifadəçi məlumatlarının həm aşkar, həm də gizli yığımı ilə fəal şəkildə məşğuldurlar. Tim Berners-Linin fikrincə, mövcud vəziyyət onun 30 il əvvəl "Ümumdünya hörümçək toru”nun əsasına qoyduğu prinsiplərə ciddi təhlükə yaradır və Şəbəkə xidmətlərinə monopoliya qətiyyən yolverilməzdir. 

İnternet müəllifi bu gün də axtarışdadır: "yetirməsinin” daha müstəqil fəaliyyət növünə qayıdışı üçün yeni Solid platforması üzərində çalışır. Onun uğuruna inanlar çox azdır. Amma unutmaq olmaz ki, dünyanın yeni dövrünə imza atmış bir kəsin bəşəriyyəti təkrarən təəcübləndirmək şansı ola bilər.

Oktay Səmədov 




Загрузка...
Həmçinin oxuyun:
Hörümçək torundan eşitmə cihazı hazırlayacaqlar - Yeni kəşf

Hörümçək torundan eşitmə cihazı hazırlayacaqlar - Yeni kəşf

Azərbaycanlı gənc hərbi təyinatlı robot hörümçək hazırlayıb

Azərbaycanlı gənc hərbi təyinatlı robot hörümçək hazırlayıb

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

ABŞ-da 3D printerlə raket yaradılacaq

ABŞ-da 3D printerlə raket yaradılacaq

"Rəqəmsal kəmağıllıq" adlı yeni xəstəlik yaranır- Ekspertdən valideynlərə çağırış

"Rəqəmsal kəmağıllıq" adlı yeni xəstəlik yaranır- Ekspertdən valideynlərə çağırış

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Həyatı insana sevdirən Əlahəzrət KİTAB, qarşında baş əyirik!-Oktay Səmədov

Həyatı insana sevdirən Əlahəzrət KİTAB, qarşında baş əyirik!-Oktay Səmədov

Dünyanın ali təhsil almayan, orta məktəbdən qovulan ən zəngin adamları

Dünyanın ali təhsil almayan, orta məktəbdən qovulan ən zəngin adamları

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Virtual reallıq: Texniki tərəqqi, yoxsa yeni təhlükə mənbəyi?

Virtual reallıq: Texniki tərəqqi, yoxsa yeni təhlükə mənbəyi?

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Facebook-da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI

Facebook-da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI

Altıncı çağırış parlamentin düşərli olmaması fikriylə razı deyiləm – DEPUTAT ETİBAR ƏLİYEVLƏ  #evdəqal söhbəti

Altıncı çağırış parlamentin düşərli olmaması fikriylə razı deyiləm – DEPUTAT ETİBAR ƏLİYEVLƏ #evdəqal söhbəti

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Valideynlər uşaqlara COVID-19 haqqında nələri və necə danışmalıdır?

Valideynlər uşaqlara COVID-19 haqqında nələri və necə danışmalıdır?

Ümumdünya İqtisadi Forumu: Təhsilin əlçatanlığı, bərabərlik və keyfiyyəti yaxşılaşdırılmalıdır

Ümumdünya İqtisadi Forumu: Təhsilin əlçatanlığı, bərabərlik və keyfiyyəti yaxşılaşdırılmalıdır

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə

Tarixin gözəgörünməz düşmənləri.

Tarixin gözəgörünməz düşmənləri.