AzTehsil.com


Xəbərlər
20 aprel 2020
1 038


Ümumdünya İqtisadi Forumu: Təhsilin əlçatanlığı, bərabərlik və keyfiyyəti yaxşılaşdırılmalıdır



 

Ümumdünya İqtisadi Forumu hesab edir ki, sənaye inqilabı modeli üzərində qurulan hazırkı təhsil sistemi  IQ-yə, xüsusən də yaddaşa və standartlaşdırmaya - süni intellekt tərəfindən asanlıqla və effektiv şəkildə əvəzlənəcək bacarıqlara fokuslanıb. İQ (zəka intellekti) + EQ (emosional intellekt) + RQ-in (sabitlik) yaxşı uzlaşması tələbənin potensialını açmaq üçün mühüm əhəmiyyətə malikdir.

Təşkilat   qeyd edir ki, dünya təhsili bu gün böhran içərisindədir.  Hətta koronavirus pandemiyasının başlanmasından əvvəl  dünyanın bir çox yerlərində uşaqlar məktəbdən kənarda  qalıb.  Uşaqlara  zəruri təlim verməli olan təhsil müəssisələrinin isə müvafiq təlimi təmin etmək üçün heç bir resursu yoxdur.   Halbuki  bu uşaqlar böyüklər kimi tam hüquqlu həyat yaşamaq, dünya iqtisadiyyatında iştirak etmək və  öz töhvəsini vermək üçün lazım olan təhsili almalıdırlar.  

 Tarixən təhsil imkanlılar və imkansızlar arasında ən qısa körpü olub, həm ayrı-ayrı insanlara, həm də ölkələrə tərəqqi gətirib. İlk vaxtlardan bəsit və sabit bacarıqlara əsaslanan işçi qüvvəsinə  ehtiyac duyan təhsil sistemi hazırda uyğunlaşma və çevik təlimin daha çox zərurətə çevrildiyi,  innovasiyalar  və daimi dəyişikliklər dövründə öz aktuallığını itirir.

Ümumdünya İqtisadi Forumu  belə qeyd edir :  "Biz təhsili işləmək istəyi, ağıllı maşınlarla rəqabət və uzunmüddətli iqtisadi dəyər yaratma qabiliyyəti ilə yeniləməliyik.  Qlobal təhsil böhranını həll etmək üçün təhsil, bərabərlik və keyfiyyət yaxşılaşdırılmalıdır, çünki bu gün 72 milyon uşaq məktəbə getmir...

Gəlin,  kollektiv şəkildə təhsilə mane olan qandalları qırmağa kömək etmək öhdəliyini götürək. Keçmişin dərslərini bugünkü və gələcəyin texnologiyaları ilə birləşdirərək,  təhsili həqiqətən dəyişmək üçün tələbələrə sabah onları gözləyən  problemlərdən asılı olmayaraq düşünmək, öyrənmək ,  inkişaf etdirmək , dünyaya fayda gətirəcək potensiallarını ortaya qoymaq imkanı verək".

Ümumdünya İqtisadi Forumu  tələbələrin əmək bazarına hazırlanması ilə bağlı qənaətlərini də bölüşüb:” Tələbələrin 34% - i hesab edir ki, təhsil aldıqları ali məktəblər  onları  əmək bazarında uğur qazanmağa hazırlamır. Biz təhsildən işə düzəlməyə körpü qurmalıyıq. Gələcək iş yerlərinin 60% - i hələ yaradılmayıb. Biz tələbələri hələ yaradılmamış iş yerlərinə hazırlamalı və sahibkar olmalıyıq”.

( Mənbə: www.weforum.org/agenda/2020/04/our-education-system-is-losing-relevance-heres-how-to-update-it ) muallim.edu.az 

 



Загрузка...
Həmçinin oxuyun:
Valideynlər uşaqlara COVID-19 haqqında nələri və necə danışmalıdır?

Valideynlər uşaqlara COVID-19 haqqında nələri və necə danışmalıdır?

Dünyada müəllimin rolu dəyişməlidir

Dünyada müəllimin rolu dəyişməlidir

2019-cu ilin təhsil trendləri

2019-cu ilin təhsil trendləri

" Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq..."

" Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq..."

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

YUNİSEF-dən dünya ölkələrinə çağırış

YUNİSEF-dən dünya ölkələrinə çağırış

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Koronavirus ciddi səbəblərlə bağlı bir reallıqdır.

Koronavirus ciddi səbəblərlə bağlı bir reallıqdır.

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb

Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb

İmtahanlar internetdə davam etsin

İmtahanlar internetdə davam etsin

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib