AzTehsil.com


Xəbərlər / Müəllim
29 aprel 2020
1 879


Onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə xitam veriləcək



Onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə xitam veriləcək


  Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə tədris ilinin sonunda xitam veriləcək.


Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.


Onun sözlərinə görə, həmin şəxslər yay aylarında keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.


E.Bağırov qeyd edib ki, onlayn müsabiqədə 1 400-ə yaxın müəllim iştirak etmək hüququ qazanıb.


Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün hər il müsabiqələrin keçirilirdi. Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən bu müsabiqələr hər il mart-aprel aylarında təşkil edilirdi. Elektron qaydada müraciət etdikdən sonra ərizələri təsdiq edilən namizədlər müsahibə mərhələsinə dəvət olunurdu. Lakin bu il karantin rejiminə görə müsahibənin ənənəvi formada keçirilməsi mümkün olmayıb.


"Bu il martın əvvəlində bununla bağlı elan verildi və hazırda ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan 3 minə yaxın müəllim müraciət etdi. Onların 1 400-ə yaxının elektron ərizəsi təsdiq edilib və müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb”.


Nazirlik rəsmisi qeyd edib ki, müsahibə mərhələsi müsabiqənin ən son mərhələsidir. Bu mərhələdən uğurla keçən namizədlər artıq daimi əsaslarla işə qəbul olunacaqlar.


Onun sözlərinə görə, yaxın günlərdə elektron ərizəsi təsdiq edilən hər bir namizədin şəxsi səhifəsinə müsabiqənin keçirilməsi, müsahibə təlimatları barədə məlumatlar yerləşdiriləcək. İştirakını təsdiq etmiş müəllimlərin e-mail-inə müsabiqədə iştirak üçün link göndəriciləcək və o, həmin linkə daxil olmaqla onlayn müsahibəyə qoşulacaq.


E.Bağırov müsahibədən uğurla keçəcək hər bir namizədin hazırda işlədiyi müəllim yeri üzrə daimi əsaslarla işləyəcəyini söyləyib:


"Onlayn müsahibələrdə iştirak etmək könüllü əsaslarla həyata keçiriləcək. Namizədlərin hər hansı səbəbdən müsabiqədə iştirak etməsi mümkün olmayacaqsa, karantin rejimindən asılı olaraq, növbəti mərhələlərdə bu şəxslərin ənənəvi şəkildə müsabiqədə iştirak etməsini də təmin edəcəyik”.




Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərlə müsahibələr onlayn keçiriləcək

Müəllimlərlə müsahibələr onlayn keçiriləcək

Onlayn müsahibələrə başlanılır

Onlayn müsahibələrə başlanılır

Onlayn müsahibələr keçiriləcək

Onlayn müsahibələr keçiriləcək

Müəllimlərin işə qəbulu üçün müsahibələrin tarixi açıqlandı

Müəllimlərin işə qəbulu üçün müsahibələrin tarixi açıqlandı

Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin onlayn müsahibələrə qoşulma qaydası açıqlanıb

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin onlayn müsahibələrə qoşulma qaydası açıqlanıb

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Müəllimlər bu il iş yerini dəyişə biləcəklər? RƏSMİ

Müəllimlər bu il iş yerini dəyişə biləcəklər? RƏSMİ

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyat başa çatıb

Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyat başa çatıb

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

TİPİİ-nin müddətsiz müqavilə ilə işləyən müəllimlərə müraciəti

TİPİİ-nin müddətsiz müqavilə ilə işləyən müəllimlərə müraciəti

2906 müəllim müddətsiz müqavilə ilə işləmək barədə müraciət edib

2906 müəllim müddətsiz müqavilə ilə işləmək barədə müraciət edib

Direktor namizədlərin nəzərinə: Müddətli əmək müqaviləsi hansı hallarda uzadılır?

Direktor namizədlərin nəzərinə: Müddətli əmək müqaviləsi hansı hallarda uzadılır?

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlərin nəzərinə

Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlərin nəzərinə

Təhsil Nazirliyindən QƏRAR - Bu müəllimlər növbəti tədris ilindən...

Təhsil Nazirliyindən QƏRAR - Bu müəllimlər növbəti tədris ilindən...

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Təhsil Nazirliyi: İşə qəbul olmaq istəyən 5225 müəllim müsahibədən keçirilir

Təhsil Nazirliyi: İşə qəbul olmaq istəyən 5225 müəllim müsahibədən keçirilir

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb