AzTehsil.com


Xəbərlər / Müəllim
22 aprel 2020
1 326


Müsabiqələr onlayn şəkildə davam etdiriləcək



Müsabiqələr onlayn şəkildə davam etdiriləcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Sevimli nəğmələr” uşaq mahnı və "Oxu və əylən!” müsabiqələri mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdiriləcək.

Xüsusi istedada malik şagirdləri aşkara çıxarmaq, məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə keçirilən müsabiqələr BŞTİ-nin 20.02.2020-ci il tarixli F-72 və 21.02.2020-ci il tarixli F-75 nömrəli əmrlərinə əsasən təşkil olunub.

"Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsində iştirak etmək istəyən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-VIII sinif şagirdləri yalnız ev şəraitində Azərbaycan bəstəkarlarının uşaq mahnılarından birini ifa edə bilərlər. İştirakçılar telefon və ya evdə olan digər vasitələrlə səs yazısını qeydə alaraq, 2 may 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 "Whatsapp" nömrəsinə göndərə bilərlər. İştirakçılar səs yazısı ilə yanaşı, adı, soyadı, atasının adı, məktəb, sinif və ifa etdiyi mahnının adı haqqında məlumatları da müvafiq elektron poçt ünvanına və ya "Whatsapp" nömrəyə göndərməlidirlər.

"Sevimli nəğmələr” müsabiqəsi yalnız 1 kateqoriya – solo ifa kateqoriyası üzrə onlayn təşkil olunur. Xor kollektivi kateqoriyası üzrə müsabiqə isə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra keçiriləcəkdir.

İştirakçılara ifaçıların repertuarında daha az rast gəlinən Azərbaycan uşaq mahnılarına müraciət etmələri tövsiyə olunur.

"Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin nəticələrinə əsasən, solo ifa kateqoriyası üzrə 3 şagird (1 şagird-I yer, 1 şagird-II yer, 1 şagird-III yer) BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

"Oxu və əylən!” müsabiqəsində iştirak etmək arzusunda olan BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri uşaq ədəbiyyatını əhatə edən 3 kateqoriyadan – təmsillər, hekayələr və nağıllardan birini seçməlidirlər. İştirakçılar obrazlı şəkildə təqdim etdikləri nümunələri yalnız ev şəraitində telefon və ya evdə olan digər vasitələrlə səs yazısı kimi qeydə alaraq, 2 may 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 "Whatsapp" nömrəsinə göndərə bilərlər. İştirakçılar səsləndirdiyi uşaq ədəbiyyatı nümunəsinin səs yazısı ilə yanaşı, adı, soyadı, atasının adı, məktəb, sinif və səsləndirdiyi uşaq ədəbiyyatı nümunəsinin adı haqqında məlumatları da müvafiq elektron poçt ünvanına və ya "Whatsapp" nömrəyə göndərməlidirlər.

Səsləndirilən uşaq ədəbiyyatı nümunələri 15 dəqiqədən artıq olmamalıdır. Qeyd olunan müddətdən artıq olan səs yazıları müsabiqədə iştirak üçün məqbul hesab edilməyəcək. Müddət nəzərə alınmaqla və məzmunu qorumaq şərtilə səsləndirilən əsərin mətnində müvafiq ixtisarlar aparmaq mümkündür. Əsərin səsləndirilməsi düzgünlük, sürət, şüurluluq, ifadəlilik kimi tələblərə cavab verməlidir.

"Oxu və əylən!” müsabiqəsin final mərhələsinin yekununda 3 məktəb I, 3 məktəb II, 3 məktəb III, 3 məktəb həvəsləndirici yer olmaqla, ümumilikdə 12 ümumi təhsil məktəbi BŞTİ tərəfindən mükafatlandırılacaq.



Загрузка...
Həmçinin oxuyun:
Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

I siniflərin elektron qeydiyyatı tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır

BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

DİM nəşrlərinin onlayn qaydada sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir

DİM nəşrlərinin onlayn qaydada sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

I sinfinə 34591 sorğu yerləşdirilib

I sinfinə 34591 sorğu yerləşdirilib

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

Alternativ qeydiyyat mərkəzlərinin iş bu qaydada davam edəcək.

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Şagird və abituriyentlərin nəzərinə!

Şagird və abituriyentlərin nəzərinə!

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Bakıda I sinfə qəbul üçün 37319 sorğu yerləşdirilib

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

Bakı məktəblərində işə qəbul üzrə müsabiqələrə vakansiya seçimi yekunlaşır

Bakı məktəblərində işə qəbul üzrə müsabiqələrə vakansiya seçimi yekunlaşır