AzTehsil.com


Xəbərlər / Yazarlar
18 aprel 2020
1 832


Həyatımızda riyaziyyat



 

Fəxri Ağayev yazır...

Hamımızın şahidi olduğu klassik vəziyyət - insanlar eyni dildə danışır, amma bir-birini anlamır. İstifadə edilən sözlər, cümlə quruluşu, məntiq sanki eynidir, amma mövqelər dəyişmir.

Uzun zamandır cəmiyyətimizdə insanların həm şəxsi, həm də peşəkar həyatında diqqətimi bu məqam çəkirdi.
 
Bir insan var. Hər şeyə sahibdir. Başqaları üçün arzunun son nöqtəsi olanlara malik bu insan əlindəkilərdən narazıdır və daim mənfi emosiya, əsəb, gərginlik içindədir.

Bir-birini sevən iki insan düşünün. Hər biri qarşı tərəfə müəyyən jestlər edir, addımlar atır, sürprizlər yaşadır. Amma anlaşılmazlıq baş verən bir gün aydın olur ki, edilənlər mənasız imiş – qarşı tərəf bunu istəmirmiş və yalandan xoş hisslərini nümayiş etdirirmiş.

Bir şirkət düşünün. Rəhbər əməkdaşlarının rahatlığı üçün müəyyən addımlar atır. Amma insanların şirkətdə çalışma xoşbəxtliyi artmır, əksinə – işdən gedənlərdən aldığı məlumata görə, onlar buranı daxili vəziyyət çox pis olduğu üçün tərk edir.

Yuxarıda qeyd edilən şəxsi və peşəkar həyatımızda baş verən əlaqələri, ünsiyyət sıxıntılarını və problemləri ifadə etməyin ən yaxşı yolu riyazi üsuldur.

Maksimum və ən mükəmməl formanı rəqəm olaraq 10 kimi qəbul edək.

Hadisə 1. Bu insanın əlində nemətlər və maddi imkanlar var. Cəmiyyətdə olan maddi imkanları 2 olaraq qəbul etsək, həmin insanın sahib olduqları 4 səviyyəsindədir. Ona lazım olan, əslində, 2-dir – bütün ehtiyaclarını rahat şəkildə qarşılaya bilər, amma 2 dəfə daha çoxdur – 4 səviyyəsindədir. Fəqət özünü narazı və bədbəxt hiss edir, çünki gözləntiləri daim 7-dir. Gözü bu gün əlində olduqlarını görməyən və daim irəlidə, daha yüksəkdə olanların özündə olmadığına görə, cəmiyyətdə 2 dəfə daha yaxşı olmasına baxmayaraq, bu insan özünü daim bədbəxt hiss edir.

Şəxsən onlarla belə insan tanıyıram: malik olduqlarını görməyəcək qədər kor və xəyallarında olanların özündə olmadığına görə özünü bədbəxt hiss edən zənginlər... Bütün həyatlarını bolluq içində yaşayan narazılar.

Hadisə 2. İki insan bir-birini sevir. Oğlan xanıma bir jest edir – hədiyyə alır və öz aləmində bu hədiyyəni 8 bal kimi dəyərləndirir. Təəssüf ki, xanımın gözündə bu, 2 ballıq bir hədiyyədir: onun üçün 8 bal başqa bir məqamdır. Daha sonra xanım oğlana qarşı bir jest edir, nəyisə qurban verir, hansısa addımı atır və öz qiymətləndirmə cədvəlinə görə, bunu 9 sayır. Oğlan isə bunu 3 saydığına görə çox adi qəbul edir və sadə bir təşəkkürlə kifayətlənir. Hər iki tərəf süni şəkildə maska taxaraq, "aaa... nə gözəl, əla” desə də, daxildə bir-birindən narazıdır – "qarşı tərəf məni anlamır” tərzində düşüncələr olur hər ikisində.

İlk toqquşmada hər iki tərəf bir-birinə narazılığını deyir və... ayrılır.

Belə ayrılan bir çox insanı şəxsən tanıyıram.

Hadisə 3. Bir şirkət düşünün. Sahibkar əməkdaşlara nahar yeməyini pulsuz verməyi qərarlaşdırır. Bir şirkətlə nahar menyusu üzərində işləyir, yeməklərin daim fərqli olmasını tələb edir və insanları toplayaraq, "biz sizə dəyər veririk, nahar pulsuz olacaq bundan sonra” deyə, elan edir.

Rəhbərin gözündə əməkdaşlara nahar vermək 8 ballıq bir işdir. Amma əməkdaşların reaksiyası gözlənilən tərzdə müsbət emosional olmur. Buna təəccüblənən rəhbər iki həftə sonra yenə də işdən ayrılanların, narazı olanların, insanların işə qarşı məsuliyyətsiz, qeyri-ciddi yanaşmasının olduğunu görür. Anlamır. Anlamır ki, yemək onun gözündə 8 ballıq olsa da, insanlara qarşı kobudluğu, haqsızlıqların olması, kiçik səhvlərdə belə maaşdan ixtisarlar etməsi bu qiyməti 0-a endirir. 

Nəticədə, rəhbərdə "bu insanlara yaxşılıq yoxdur, əzmək və işlətmək lazımdır” fikri yaranır, əməkdaşlarda isə "yemək lazım deyil - əsas insan kimi davranışdır” düşüncəsi formalaşır.

Şəxsən belə rəhbərləri çox görmüşəm – hansısa bir aksesuar tərzli jesti şişirdir, amma ən mühüm məqamlara diqqət vermədiyinə görə daim itirir.

Bu üç hadisəni birləşdirən vacib bir məqam var: həyata və ətrafımıza bir az daha geniş bucaqdan baxmaq və qiymətləndirməni doğru etmək lazımdır. Əks halda, insan nə özü xoşbəxt olur, nə də ətrafına rahatlıq verir. oxu.az 



Загрузка...
Həmçinin oxuyun:
Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq.

Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq.

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

VALİDEYNLƏRİN UŞAQLARA DEMƏMƏLİ OLDUĞU 10 CÜMLƏ

VALİDEYNLƏRİN UŞAQLARA DEMƏMƏLİ OLDUĞU 10 CÜMLƏ

Müəllim işləmək məcburiyyətindəyəm?

Müəllim işləmək məcburiyyətindəyəm?

Qadağan olunmuş 10 cümlə

Qadağan olunmuş 10 cümlə

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA

Şans

Şans

Necə edək ki,insanlar bizi bəyənsin?!

Necə edək ki,insanlar bizi bəyənsin?!

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Uşaqlarda  özgüvən problemlərini necə həll etməli ?

Uşaqlarda özgüvən problemlərini necə həll etməli ?

Uşaqlarımızı necə tərbiyə etməliyik?

Uşaqlarımızı necə tərbiyə etməliyik?

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

Uşağın şəxsiyyətinin formalaşmasına atanın təsiri.

Uşağın şəxsiyyətinin formalaşmasına atanın təsiri.

Gözləriniz sizin haqqınızda nə deyir?

Gözləriniz sizin haqqınızda nə deyir?

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

Uşaqları fəlakətə aparan cümlə – “Çünki mən belə istəyirəm!”

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

Yunqa görə şəxsiyyətin strukturları

Yunqa görə şəxsiyyətin strukturları

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Müəllim şagirdlə ünsiyyət zamanı hansı məsafədə olmalıdır ?-Təsirli ünsiyyətin 5 qızıl qaydası

Müəllim şagirdlə ünsiyyət zamanı hansı məsafədə olmalıdır ?-Təsirli ünsiyyətin 5 qızıl qaydası

Bunları bilirdinizmi?

Bunları bilirdinizmi?

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər