Tələbələrə təhsil krediti verilsin - Deputatdan təklif
"Dünyanın hər yerində təhsil kreditləri verilir”.
Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən deputat Anar İsgəndərov deyib.
Deputat qeyd edib ki, artıq tələbələrin də həmin kreditlərdən qeyd-şərtsiz istifadə etməsinin zamanı çatıb. Bunun üçün Azərbaycanın imkanı var:
"Bakı Dövlət Universitetinin yataqxanaları istismara yarasız olduğu üçün söküldü. Onların yerində yeni yataqxanaların tikintisinə başlansa da, yarımçıq qalıb. Çox istərdim ki, yataqxanaların tikintisi başa çatdırılsın”. azedu.az