AzTehsil.com


Xəbərlər
02 mart 2018
3 187


“İmtahan uşaqlar üçün ciddi stress mənbəyidir” - Deputatdan həyəcan siqnalı



 

Xəbər verdiyimiz kmi, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq.

Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nda əksini tapıb.

Qısamüddətli təlim qruplarında uşaqlarla işin təşkili zamanı fərdi, qrup və yarımqrup formalardan istifadə olunacaq. Uşaqların qısamüddətli təlim qruplarında qalma müddəti valideynlərlə (digər qanuni nümayəndələrlə) bağlanan müqavilə ilə tənzimlənir və 2 saatdan 4 saatadək qidalanma olmadan təşkil edilir. Belə təlim qrupları ödənişli və ya ödənişsiz ola bilər. Təlimlərə yalnız 3 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər.

Bəs, bu təlim qrupları hansı zərurətdən yaranır? Məktəbəqədər müəssisələrə getməyən uşaqların belə təlim qruplarına ehtiyacı varmı?

Aztehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEDU-ya danışan NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı uşaqların məktəbə getməzdən əvvəl hazırlıq mərhələsini keçmələrini zəruri hesab etdiyini bildirib. Deputat buna səbəb kimi, birinci sinif proqramlarının günü gündən çətinləşdiyini göstərib:

"Uşaqlar əvvəlki zamanənin uşaqları deyil! İnternet əsridir, indi, artıq, hər uşağın əlində planşet var ki,  orada istədiklərini tapa bilirlər. Bu mənada, təhsildə dünyanın inkişafından qaynaqlanan dəyişikliklərin olması zəruridir. Bununla bağlı bütün dünyada olduğu kimi, Azərbaycanda da müxtəlif islahatlar aparılır. Düşünürəm ki, uşaqların məktəbə getməzdən əvvəl hazırlıq mərhələsini keçmələri zəruridir. Çünki başqa inkişaf etməkdə olan ölkələr kimi elə Azərbaycanın özündə də birinci sinif proqramları getdikcə çətinləşir. Əvvəllər əcnəbi dillərdən bir hərfi bir aya öyrənirdik. Belə vəziyyətdə də uşaq orta məktəbi qurtarırdı, amma dil öyrənə bilmirdi. Artıq, metodika elə inkişaf edib ki, bir ayın içərisində hansısa geniş mövzunu öyrənib başa vura bilirlər. Bu, sanki, vərdiş halını alıb, hər şey interaktiv olub. Bu mənada, bağçaya getməyib evdə qalan uşaqların məktəbəqədər müəssisələrə gedən, kurslara cəlb olunan uşaqlardan geri qalmaması və arada kəskin fərqin olmaması üçün bu cür qısa kurslar təşkil olunacaq. Bu, çox mühim addımdır”.
 

“İmtahan uşaqlar üçün ciddi stress mənbəyidir” - Deputatdan həyəcan siqnalı

 

Məlahət İbrahimqızının sözlərinə görə, birinci sinifə gedən uşaqlardan məktəbəqəbul üçün müsahibənin götürülməsi təqdirəlayiq deyil. Deputat qeyd edir ki, müsahibələrdən bəzi məktəblərdə sui-istifadə edirlər:

"Belə bir misal var, Napaleonu bir gün yuxudan oyadırlar ki , dur, ruslar hücuma keçib. Napaleon da çox qorxur və cavabında deyir ki, elə bildim məni imtahana çağırırsınız. Həqiqətən, insanların yaşından asılı olmayaraq, imtahan onlarda qorxu yaradır. İmtahan uşaqlarda ciddi stress mənbəyidir. Birinci sinif uşaqları arasında sorğu keçirilsə, uşaqların psixologiyasında bu stressdən qaynaqlanan bir sıra problemlərin olduğu aydın olar. Bundan əlavə, hər məktəb direktorunun özünəməxsus imtahan qaydası olması qətiyyən düzgün deyil. İmtahan olmamalıdır, əgər olarsa da, standart imtahan qaydaları müəyyənləşdirilməlidir. Tamamilə razıyam ki, kurslar təşkil olunsun, amma kursdan sonra məktəbəqəbul üçün imtahan götürmək heç bir məna kəsb etmir. Uşağın 6-7 yaşı olanda məktəbə getməsi bir aksiomadır.

Kurslar təşkil olunduqda, onsuz da görürlər ki uşağın psixologiyası, nitqi normaldır və düşüncəsi yerindədir. Buna daha nə imtahan lazımdır? Əsas odur ki, uşağın fiziki-psixi-əqli inkişafı ilə bağlı rəy olsun.

Əgər imtahan zəruri hesab olunursa, Təhsil Nazirliyinin məktəbəqəbul imtahanları təşkil olunub, hazırlansın. Hər bir rəhbərin özünə uyğun olaraq, proqram müəyyənləşdirməsi süni problemlər yaradır. Beləcə, qeyri-şəffaf hallar ortaya çıxır”.

Nəzrin Cavid



Загрузка...
Həmçinin oxuyun:
Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL

Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL

Birinci sinifə gedən uşaqlar niyə ağlayır? -SƏBƏB

Birinci sinifə gedən uşaqlar niyə ağlayır? -SƏBƏB

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Təhsil Nazirliyindən QƏRAR - "Bu uşaqların məktəbə qəbulu daha asan olacaq"

Təhsil Nazirliyindən QƏRAR - "Bu uşaqların məktəbə qəbulu daha asan olacaq"

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

Uşaqların inkişaf sahələri 3-6 yaş dövrü uşaqların...

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”