AzTehsil.com

Xəbərlər
17 fevral 2020
1 469

“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və "Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən "Tullantıdan İncəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbir keçirilib.

Tədbirdə "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, "Nargis” Nəşriyyat Evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyinin əməkdaşları, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak edib.

Bakı Avropa Liseyində keçirilən tədbirdə bu təhsil müəssisəsinin direktoru Zülfiyyə Veysova tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib.

             Sonra çıxış edən "Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova layihənin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü tədbirlərin vacib olduğunu vurğulayıb.

Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov "Qoy dünya yenidən gülsün” mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı işin seçilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.

2019-cu ilin noyabrından start verilən "Tullantıdan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir.

Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat "Nargis” jurnalında işıqlandırılacaq. edu.gov.az 

Загрузка...
Həmçinin oxuyun:
“Tullantıdan incəsənətə” adlı müsabiqə keçirilir

“Tullantıdan sənətə”

“Tullantıdan sənətə”

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

Pedaqoji mühazirə qalibləri mükafatlandırılıb

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şabran - "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsi keçirilib.

Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir