“Əlaçı” intellektual oyununun 21-ci mövsümünün seçim turu baş tutub
“Əlaçı” intellektual oyununun 21-ci mövsümünün seçim turu baş tutub.
AzTehsil.com xəbər verir ki,“Əlaçı” intellektual oyununun 21-ci mövsümünün seçim turu baş tutub.Aprelin 4-də ölkənin müxtəlif regionlarını əhatə edən ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdlərinin iştirakı ilə “Əlaçı” intellektual oyununun 21-ci mövsümünün seçim turu keçirilib.Bakı, Gəncə, Quba, Şəmkir, Salyan, Lənkəran, Sumqayıt, Şamaxı, Bərdə, Yevlax, İmişli və Şəki şəhərlərində təşkil olunan seçim turunda ümumilikdə 2500-ə yaxın məktəbli iştirak edib.Turun nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 144 nəfər iştirakçı bu ilin aprel ayında İctimai Televiziyada yayımlanacaq “Əlaçı” verilişinin çəkilişlərində iştirak edəcək.Qeyd edək ki, intellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbliləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.Seçim mərhələsində iştirak edən bütün şagirdlərimizə uğurlar arzu edirik!