“Rəqəmsal məktəb” adlanan milli onlayn təhsil platforması fəaliyyətə başlayıb
AzTehsil.com xəbər verir ki, müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin etmək, təhsilin əlçatanlığını artırmaq, müəllim-şagird-valideyn əməkdaşlığını genişləndirmək məqsədilə “Rəqəmsal məktəb” adlanan milli onlayn təhsil platforması fəaliyyətə başlayıb. Platforma ilkin mərhələdə yalnız Bakı şəhərindəki ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Platformadakı “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” fərdi kabinetləri təhsil prosesinin iştirakçısı olan bütün tərəflərin ondan istifadəsinə imkan yaradır.
“Platforma valideynlərin idarəetmədə daha yaxından iştirakına imkan verəcək”
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycan müəllimi”nə açıqlamasında “Rəqəmsal məktəb”i təhsil sahəsinin ən əhəmiyyətli platformalarından biri kimi dəyərləndirib.