V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək
AzTehsul.com xəbər verir ki, 15 mart saat 11:00-da V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək. Bakı Dövlət Universitetində və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçiriləcək müsabiqədə olimpiadanın respublika turunda 75 baldan yuxarı bal toplayan şagirdlər iştirak edəcək.
Bakı Dövlət Universiteti, Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və cari ilin 11-21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
V Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.