ADNSU "AD Scientific Index" reytinqində ölkə üzrə ikinci yerdədir
ADNSU "AD Scientific Index" reytinqində ölkə üzrə ikinci yerdədir.
Belə ki, ADNSU bu il "AD Scientific Index" reytinq sıralamasında dünyada 24653 universitet arasında 5558-ci, Asiyada 2361-ci, Azərbaycanda 2-ci yerdədir.
AzTehsil.com xəbər verir ki, agentliyin reytinq sıralamasında Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Tibb Universiteti
top 3-lükdə qərarlaşan ali təhsil müəssisədir.
Qeyd edək ki, ADNSU-dan keçən il nüfuzlu Times Higher Education beynəlxalq reytinq cədvəlinə daxil olan Azərbaycandan 2-ci universitet olub. Bu reytinq sisteminin də meyarlarının təqribən 60 faizi elmi tədqiqat nəticələri ilə bağlıdır.