Xəbərlər
10 aprel 2019
250

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

 

 
Aprelin 10-da Moskvada keçirilən Moskva Beynəlxalq Təhsil Salonu-2019 – da Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar” layihəsi ayrıca stenddə təqdim olunub.

Layihə çərçivəsində keçirilən sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov stendlə tanış olub.

Layihənin stendinə sərgidə iştirak edən bir sıra ölkələrin təhsil müəssisələrinin nümayəndələri maraq göstəriblər.

Proqram çərçivəsində "Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov  keçirilən panel müzakirələr və "dəyirmi masa”larda iştirak edəcəklər.

Qeyd edək ki, Moskva Beynəlxalq Təhsil Salonu MDB məkanında təhsil sahəsində ən böyük tədbirdir. 2019-cu ildə Beynəlxalq Təhsil Salonunun mövzusu "Yeni subyektiv təhsil. Keçid nöqtəsi"dir.

Təşkilatçıların məlumatına görə, Beynəlxalq Təhsil Salonu-2019-da 650-ə yaxın tədbir keçiriləcək. Sərgidə ümumilikdə 1000-dən çox ekspert, 400 eksponent və təxminən 50 min ziyarətçinin bir araya gəlməsi gözlənilir.

Moskva Beynəlxalq Təhsil Salonu 2019-da 28 beynəlxalq nümayəndə heyətlərinin üzv olan 37 ölkə iştirak edir. Moskva Beynəlxalq Təhsil Salonu aprelin 13-dək davam edəcək.

"Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumi təhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər ölkəmizdə

Bakı və Gəncədə

Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Müsabiqəyə  start verildi.

Müsabiqəyə start verildi.

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı

Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Bəstəkar Fərəc Qarayevin əsəri “Moskva payızı” beynəlxalq musiqi festivalında səsləndiriləcək

Bəstəkar Fərəc Qarayevin əsəri “Moskva payızı” beynəlxalq musiqi festivalında səsləndiriləcək

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır