Xəbərlər, İKT, Texnologiya
27 yanvar 2018
316

“Apple” kiçik noutbukların istehsalına qayıdır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

“Apple” kiçik noutbukların istehsalına qayıdır

Bu il "Apple” şirkəti kiçik noutbukların istehsalına qayıtmaq niyyətindədir. "Apple”ın yeni tətbiqi haqqında "General Interface Solutions” şirkəti məlumat verib.

 

Bu şirkət 2017-ci ilin sonundan "MacBook” üçün aksessuarlar istehsal edir. Hazırda şirkət yeni, 12 düymlük, sərfəli "MacBook” üçün maye kristal ekranların sifarişini alıb. Yeni "MacBook” 2018-ci ilin ikinci yarısında satışa çıxarılacaq. "MacBook Air”in hazırkı dəyərinin 1200 ABŞ dolları olduğunu nəzərə alsaq, yeni noutbukun dəyəri bu məbləği ötməyəcək.


Məlumata görə, "Apple” yeni məhsulun istehsalından sonra "MacBook Air”in istehsalını dayandıra bilər.

 

Bununla yanaşı, yeni "MacBook”, həmçinin "Apple”ın son dərəcə incə korpusu tozla dolaraq sınmasına səbəb olan, yeni mexanizmə malik klaviaturası ilə bağlı yaranmış problemləri həll etməyə kömək edə bilər.







Whatsapp'ta Paylaş

loading...

Загрузка...