Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir
Paytaxtdakı ümumi təhsil məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda ənənəvi dərslər təşkil edilir.
Aztəhsil.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
BŞTİ tərəfindən təşkil olunan dərslər paytaxtın 12 inzibati rayonu üzrə 52 mərkəzdə keçirilir. Dərslərdə BŞTİ-nin tabeliyindəki və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 323 məktəbdə təhsil alan 21 168 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
"Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslər əvvəlcədən müəyyənləşdirilmiş 46 müəllim tərəfindən tədris olunur.
Dərslər zamanı "Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz”, "Ulu öndər Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır”, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır”, "Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” və digər müvafiq mövzularda məruzələr dinlənilir. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, o cümlədən ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı rolundan bəhs edilir.
Həmçinin, məruzələrdə ulu öndərin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır.
Dərslər çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunur.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
Qeyd edək ki, "Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin mayda yekunlaşdırılması nəzərdə tutulur.
ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...
“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub
Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib
ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib
BANM Heydər Əliyevin xatirəsini yad etdi
AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub
ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib
Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib
Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub
Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib
ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi
BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.
Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub
Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir
Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur
Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir
Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub
Heydər Əliyevin anım günüdür