Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR
Bakının Xətai rayonunun 17 nömrəli tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan ədəbi-bədii gecə keçirilib.
6 "C” sinfinin şagirdləri maraqlı əbədi-bədii kompozisiya təqdim ediblər. İştirakçılar Ulu öndər haqqında yazılmış şeirlər və mahnılarla onun xatirəsini anıblar. Mərasimdə çıxış edən məktəbin direktoru Nazilə Əliyeva, tarix müəllimi Samirə Soltanəliyeva, qonaqlar, valideynlər müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixin yaddaşında əbədiləşdiyini bildiriblər.
Ümummilli liderin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyi qeyd edilib.