Məktəbli qardaşlar hidravlik üsulla idarə olunan robotlar düzəldiblər
Qubanın Amsar kəndində yaşayan Ramazanov qardaşları hidravlik üsulla idarə olunan robotlar düzəldirlər.
Məlumata görə, 15 yaşlı Hüseynin və ondan iki yaş balaca qardaşı Emilin fizika fənninə böyük maraqları var.
Onlar birlikdə müxtəlif texnikaların iş prinsipinə baxaraq hidravlik robot və qaldırıcı qurğu düzəldiblər. Bu işə yeni başladıqlarından hələ ki, iş prinsipi sadə olan qurğular üzərində çalışırlar. Qardaşlar robotları düzəltmək üçün müxtəlif ölçülü şprislər, yapışqan və kartonlardan istifadə ediblər. Hidravlik üsulla idarə olunan bu robotlar vasitəsilə əşyaları yerindən götürərək kənara qoymaq mümkündür.
Ramazanov qardaşlarının hazırladıqları qurğular məktəblərində və rayon miqyasında keçirilən sərgilərdə maraqla qarşılanıb. Hüseyn Ramazanov deyir ki, uşaqlıqdan traktorların necə işləməsi, ekskavatorun, kranın iş prinsipi ilə maraqlanıb. Fizika dərsində onu daim maraqlandıran suallara cavab tapan yeniyetmə indi öyrəndiklərini həyata keçirməklə məşğuldur.
Yeniyetmələr dərslərini də yaxşı oxuyurlar. Robotları isə asudə vaxtlarında düzəldirlər. Hər iki məktəbli gələcəkdə ali təhsil alıb, elmin sirlərinə daha dərindən yiyələnməyi qarşılarına məqsəd qoyublar.
Robotlar dad və qoxunu hiss edəcəklər
Çində robotlar diaqnoz qoyacaqlar
Çində yaşlı insanların qayğısına qalan robot hazırlandı
Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər
DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib
Nitq qüsurlu 18 yaşlı gəncin qeyri-adi istedadı - VİDEO
Robot kuryer sınaqdan keçirilib -YENİLİK
16 yaşlı məktəbli intihar etdi
Robot poçtalyon yaradıldı
Uşaqlar üçün robot-pişik hazırlanıb
Düşüncənin gücü ilə idarə olunan ilk avtomobil hazırlanıb
Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1
Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR
İlk dərs günü qəzaya qurban getdilər
III dünya müharibəsi ola bilər– İnsanlar məhv olacaq
Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO
Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...
Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT
Tərbiyədə nikbinlik prinsipi
Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı
Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb
Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."
Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər