Xəbərlər, Digər Xəbərlər
27 avqust 2017
1713

"Əgər məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə..."


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Tanınmış təhsil eksperti Etibar Əliyev sualları cavablandırıb:

- Etibar müəllim, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "ASAN Radio”ya müsahibəsində "gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər” fikri geniş rezonansa səbəb oldu. Doğurdanmı, test ləğv olunur?

- Mən, Məleykə xanımın məlum çıxışına qulaq asmışam. Dövlət İmtahan Mərkəzinin rəhbəri testin ləğvindən söhbət açmadı. O, qeyd etdi ki, "bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”. Təəssüflər olsun ki, onun fikirləri təhrif olunaraq "Test ləğv olunur” başlığı ilə bəzi saytların manşetinə çevrildi. M. Abbaszadənin çıxışında kurikulumlar əsasında imtahanlarda ediləcək dəyişikliklərdən söhbət açılır, həmçinin o da qeyd olunur ki, bu istiqamətdə hələ Təhsil nazirliyi ilə müzakirələr aparılır. Bu dəyişikliklər buraxılış və qəbul imtahanlarının vahid formada həyata keçirilməsindən tutmuş, esse yazılması, açıq tipli tapşırıqların sayında dəyişikliklərə qədər geniş spektri əhatə edə bilər.

"Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” sənədinin "Məzmun” blokunda yazılır: "Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır”. Xanım Abbaszadənin irəli sürdüyü tezislər bu müddəa ilə səsləşir. Əslində Media nümayəndələri DİM-in keçirdiyi 9-cu siniflərin builki buraxılış imtahanları ilə yaxından tanış olsaydılar, bu qurumun rəhbərinin fikirlərini təkzib etməzdilər. Buraxılış imtahanlarında tətbiq olunan yenilik gələcəkdə imtahanlarda ediləcək dəyişikliyin anonsudur. Məsələn, bu imtahanlarda şagirdlər birinci mərhələdə verilən tapşırıqlardan 30 bal, ikinci mərhələdə verilən tapşərıqlardan isə maksimim 70 bal toplaya bilərlər. İkinci mərhələdəki tapşırıqlar ənənəvi qapalı tipli testərdir. Riyaziyyatadan təqdim olunan 10 tapşırığın 10 -da açıq tiplidir. Yəni şagird misalın həllini mütləq yazmalıdır. Uşaq birbaşa cavabı yazarsa o, qiymətləndirmir. Bu uşaqlarda riyazi bacarıqları, düşünmə və analiz qabiliyyətlərini ortaya qoyur. Tapşırıqdan asılı olara uşaq 1 balla yaxud 0,5 balla da qiymətləndirilə bilər. Yəni şagirdin biliyinin qiymətləndirilməsində itkiyə yol verilmir. Ana dilindən təqdim olunan 20 tapşırığın 10-u açıq, 10-u isə qapalıdır. Məsələn, mətndə uşaq məcazi mənada işlədilən sözləri seçir, bundan asılı alaraq qiymətləndirmə aparılır. Bu cür keçirilən buraxılış imtahanları testi təkzib etmir, əksinə şagirdlərin fənnləri daha dərindən, xüsusilə kurikulumun qoyduğu tələblər əsasında mənimsəməyə şərait yaradır.

- Etibar müəllim, Xəzər universitetinin rektoru Hamlet İsaxanlı bu mövzu ilə bağlı müsahibəsində deyib ki, Orta məktəbdə uşaqları daha çox test istiqamətində öyrədib hazırlaşdırırlar. Xüsusilə yuxarı sinif müəllimləri və repetitorlar testi ön plana çəkirlər. Bu da mexaniki hazırlıq olur və elmi baxımdan uşaqlara ziyandır. Qəbul imtahanı daha geniş formada olmalıdır. Əgər uşaq testdən başqa mərhələlər və əlavə imtahanlar olduğunu bilsə, qəbul imtahanlarına yalnız mexaniki yox, elmi tərəfdən də yanaşacaq.

- Mən, hörmətli Hamlet müəllimlə razıyam. Məktəb proqramları testdən asılı olmamalıdır. Əgər şagird nailiyyətləri mütamadi olaraq testlə qiymətləndirilirsə, yaxud müəllimlərin karyerası və məktəbin gələcəyi testin nəticələri ilə qiymətləndiriləcəksə, onda test müəllimə necə dərs deməyi diqtə edəcək. Yəni testlər proqramın məzmununa və tədris üsuluna təsir edəcək. Öyrətmənin mövzunu dərk etmədən, "düzgün” və ya "qeyri - düzgün” cavabların axtarışına yönəldilməsi hədindən artıq darıxdırıcı üsuldur. Təssüflər olsun ki, bizim məktəblərdə bu tendensiya açıq şəkildə nəzərə çarpır. Məsələn, bir misal çəkim, "Qlobal istiləşmə”dən testi cavablandırmaqla, bu mövzuda esse yazmaq arasında dağlar qədər fərq var. Esse şagirdlərdə mühakimə yürütmək, analiz etmək, müxtəlif ideyaları müqayisə etmək kimi bacarıqları ortaya qoyur. Amma onu da inkar etmək olmaz ki, test dünyanın əksər ölkələrində şagird biliklərinin qiymətləndirilməsinin əsasını təşkil edir. Amerikanın "Təhsil aktı” sənədində yazılır ki, müəllimlər bu üsulla qiymətləndirmədə aşakara çıxarmalıdırlar ki, onların şagirdləri düşünə bilirlərmi? Fikrimcə, builki 9–cu siniflərin buraxılış imtahanları mərhələ-mərhələ yeniliklərin tətbiqinə yol açan imtahanlar kimi tarixdə qaldı.
 
Moderator.az






Whatsapp'ta Paylaş

loading...

Загрузка...
Həmçinin oxuyun:
Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Məleykə Abbaszadədən sərt açıqlama:

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK