Xəbərlər
04 aprel 2017
3 111


Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

 

2017/2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bunun üçün namizədlər "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni http://eservices.dim.gov.az/erizerez/brxvrez/ internet səhifəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış və¬rəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətir¬məlidirlər. 2017/2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya keçirilən baza fənləri üzrə test imtahanında iştirak etmək üçün 1077 nəfər ərizə verib. Onlardan da 925-i Azərbaycan, 152-i Rus dili bölməsinin məzunudur.
 
Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə - baza fənləri üzrə biliklərin qiymətləndirilməsi, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi formasında keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də təşkil olunacaq. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.
 
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.Hər bir mərhələdə imtahan suallarının cavab¬landırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir. Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
Məqalə Göndər








Загрузка...